Apollo astronavtının həyat yoldaşından qalmaqallı "yadplanetli" etirafları

Apollo missiyası çərçivəsində Aya gedən və orada gəzən ilk astronavtlardan biri olan Edqar Mitçellin həyat yoldaşı uzun illər gizli saxlanılan "yadplanetli həqiqətlərini" açıqlayıb.

"dogruxeber.tv" xəbər verir ki, NASA astronavtı Edqar Mitçellin həyat yoldaşı Anita Mitçell mərhum əri ilə bağlı qeyri-adi iddialar səsləndirib. 1971-ci ildə Aya ayaq basan altıncı insan olan Mitçellin daim naməlum uçan obyektlərin (UNO) mövcudluğuna inandığını deyən Anita Mitçell bildirib: "Pilotlar və astronavtların bir çoxu göydə bir şeylər gördüyü üçün onun bu inancı həmişə var idi".

O, Apollo astronavtı Ceyms Makdivitt də daxil olmaqla, bir neçə ekipaj üzvünün Amerikanın ilk kosmik missiyaları zamanı sirli obyektlər gördüyünü bildirdiyini iddia edir. Hətta bəzi astronavtların, Yerdə adi təyyarələrlə uçarkən belə naməlum uçan cisimlər müşahidə etdiklərini bildirib.

Anita Mitçell bu barədə daha əvvəl NASA-nın Merkuri Proqramında iştirak etmiş astronavt Leroy Qordon Kuperin də açıqlamalar verdiyini xatırladıb:

"Qordinin (Leroy Qordon Kuper) evimizdə təşkil edilən bir şam yeməyində bizə bir şey gördüyünü söylədiyini xatırlayıram. O, bizim bu qədər sürətli və bu qədər yüksəyə qalxan heç nəyimizin olmadığını demişdi".

Qeyd edək ki, Kuper NASA-nın Merkuri və Ceminay layihələrində iştirak etmiş və minlərlə saatını reaktiv təyyarələrdə keçirmiş ilk pilotlardan biri olub.

Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri kapitanı olan Edqar Mitçell 1971-ci ildə Aya uçan Apollo 14 ekipajının üzvü olub. O, Aya ayaq basan cəmi 12 NASA astronavtından biri kimi tarixə düşüb.

Bununla belə, Anita Mitçellin bu açıqlamalarının nə dərəcədə həqiqət, nə dərəcədə "sensasiya" məqsədilə edildiyini dəqiq bilmək mümkün deyil.

Oxunub: 497

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər