Bakının bu ərazilərində evlər sökülməlidir - Nə baş verir?

Bir neçə gün öncə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib. Sonda qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Detallar bəlli olmasa da, qəzalı vəziyyətdə olan evlərlə bağlı müxtəlif suallar ortaya çıxıb. Maraqlıdır, qəzalı vəziyyətə düşmüş binalarla bağlı ölkədə əsas problemlər nələrdir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Globalinfo.az-a ölkədə qəzalı vəziyyətdə olan binaların rəsmi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qeydiyyata alındığını bildirib.

Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan binaların sayı yüzdən çoxdur:

"Bir də var, qismən qəzalı vəziyyətdə olan binalar. Onların sayı həddindən artıqdır. Bakının 1-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binalar da qəzalı və qismən qəzalı sayılır. Hətta Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ilin aprel ayından həmin mikrorayonun yenilənməsi ilə bağlı sərəncam var. Lakin bu, hələ də icra olunmayıb. Burada məsələ FHN-in üzərindədir. Çünki sifarişçi odur. Sərəncama əsasən tender elan olunmalı, tikinti şirkətləri həmin ərazilərə cəlb edilməli, sakinlər köçürülməli, onların kirayə ödənişləri təmin olunmalıdır. Eyni zamanda bina və kommunikasiya xətləri tam yenilənməlidir, sakinlərə 15-20 faiz artıqlaması ilə təmirli vəziyyətdə sahə təqdim olunmalıdır”.

E.Azadovun dediklərinə görə, ərazidə 1800-ə yaxın mənzil olmağına baxmayaraq layihənin icra olunması iqtisadi baxımdan sərfəli deyil:

"Eyni zamanda şəhər normativlərinə görə uyğun gəlmir. 2018-ci ildən sonra Tikinti və Şəhərsalma Məcəlləsi dəyişilib, normativlər sərtləşdirilib. Burada iki problem var. 1-ci mikrorayon pilot layihə olmalı idi və gələcəkdə buna uyğun olaraq digər mikrorayonlardakı beşmərtəbəli və qəzalı binaların sökülməsi həyata keçməli idi. Artıq təcrübə göstərir ki, iqtisadi baxımdan bu binaların sökülməsi tikinti şirkətləri üçün maraqlı deyil. İkinci məsələ Şəhərsalma və Tikinti Məcəlləsi sərtləşdirildiyinə görə bəzi ərazilərdə bunların hətta həyata keçirilməsi mümkün deyil. Bu baxımdan ölkədə, ən çox da Bakı və böyük şəhərlərdə qəzalı və ya qismən qəzalı vəziyyətdə olan binaların sökülməsi prosesi yalnız dövlət vəsaiti hesabına həyata keçirilə bilər”.

Ekspert deyib ki, tikinti və özəl sektorlara gəldikdə isə, az sayda olan tikinti şirkətləri var ki, onların da buna resursu çatmır və sayları olduqca azdır:

"Ümumilikdə ölkədə istismar müddəti bitmiş binaların sayı 16 min civarındadır. Onlar sovet hökuməti dövründə – 40-60 il əvvəl ərsəyə gəlib. Onların sökülməsi və yenidən qurulması ilə bağlı yaxın 20-30 il ərzində ciddi bir dəyişiklik gözlənilmir. Yəni bu o deməkdir ki, o istiqamətdə ciddi araşdırma aparılmalı, ekspertlər cəlb olunmalı, həyata keçirilməsi prosesi planlaşdırılmalıdır. Birinci növbədə sırf qəzalı adlanan binaların sökülməsi barədə tədbirlər planı aparılmalıdır ki, onlar dövlət hesabına olaraq, yoxsa özəl sektor tərəfindən həyata keçiriləcək. Əminliklə deyə bilərəm ki, iqtisadi baxımdan əlverişli yerdə yerləşmirsə, bu kimi layihələr özəl sektor üçün maraqlı olmayacacaq”

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər