"Tez Lizinq" vətəndaşı təhdid etdi:Dövləti dövlətə şikayət edəcəksən?

dogruxeber.tv: - 2 il öncə yaradılmış, Məmmədov Elvin Məmməd Hüseyn oğluna məxsus olan "Tez Lizinq" şirkəti vətəndaşı boğaza yığıb. 7 ay bundan öncə adıçəkilən lizinq şirkətinə məxsus "LAND CRUİSER" maşını alan vətəndaş Əliyev Fərahim qeyd edir ki, təkcə sənədləşməyə şirkət ondan 2000 manata yaxın pul alıblar ki, maşını digər şəxsin adından çıxarıb onun adına sənədləşdirsinlər.

Vətəndaş maşının kreditini və digər bütün ödənişlərini vaxtı-vaxtında ödəsə də uzun müddət sonra şirkət ona etibarnaməni verməkdən boyun qaçıraraq bildirib ki, Kasko Sığortanın vaxtı bitib. Halbuki, bu xəbərdarlığı öncədən maşının yeni sahibinə bildirmək məcburiyyətində idilər. Lakin, öz işlərini məsuliyyətsiz yerinə yetirməklərinin cəzasını vətəndaşa kəsməyə çalışan "Tez Lizinq" şirkəti maşını kasko etdirmək üçün Əliyev Fərahimdən 1350 manat ödəniş istəyib. Əksi halda ona etibarnamə verməməklə təhdid edərək vətəndaşı get-gələ salıblar.

Bildiyimiz kimi Kasko Sığorta vacib deyil. İcbari Sığorta vacib və məcburi olduğu halda Kasko Sığorta dövlətin qanununa görə heç bir halda vacib deyil. Vətəndaşdan pul almaq üçün "Tez Lizinq" şirkəti Kasko Sığortanın vacib olduğunu sübut etməyə çalışır, bu da qanunu birbaşa olaraq pozmaqdır. Vətəndaş qeyd edir ki, onunla bağlanan müqavilədə də Kasko Sığorta ilə bağlı heç bir maddə yoxdur. Başlanma və bitmə tarixi, sığortanın edilməsi şərti haqqında heç bir bənd olmasa da müqavilədə olmayan bir şeyi qanunsuz olaraq vətəndaşın boynuna qoymağa çalışırlar.

Şirkətin problemi bununla bitmir. Şirkətin işçisi olan xanım vətəndaşla konkret olaraq təhdid və şantaj dili ilə danışaraq ona bildirib:

"Maşın bizimdir, müəllim (Şirkətin sahibi Məmmədov Elvini nəzərdə tutur) vermir maşını. Sən bizim şirkətin rəhbərini tanımırsan. Biz istəsək o maşını səndən alarıq" deyərək müştəri ilə deyil sanki təhdid etdiyi şəxs kimi danışır. Görəsən ona "müəllim" olaraq xitab etdiyi Məmmədov Elvin o xanımı katibəsi olaraq işə götürüb yoxsa şirkətin rəsmi nümayəndəsi?

Bu suallar cavabsız olaraq qalır. Cavabı bəlli olan tək sual isə şirkətin vətəndaşın pulunu alaraq ona qarşı dələduzluq etmək istəməsidir. Heç bu da son deyil. Həm də şirkət bu dələduzluğu dövlətin adı ilə edir. Onları şikayət edəcəyini bildirən vətəndaşa "dövləti dövlətə şikayət edəcəksən?" deyərək dövləti adını ləkələməyə, vətəndaşı şirkətlə deyil, dövlətlə qarşı-qarşıya gətirməyə çalışır. Bundan sonra isə iş dövlətin öhtəsinə düşür. Vətəndaşı dövlətə düşmən etməyə çalışan bu şirkət haqqında ölçü götürülməsi üçün Azerbaycan Reallığı olaraq dövlətin müvafiq strukturlarına müraciət edirik bu şirkət haqqında ölçü götürülsün. Heç bir şirkət dövlətin adından istifadə edib vətəndaşı incidə nə də təhdid edə bilməz.

Vətəndaş Əliyev Fərahim sözügedən şirkət haqqında qanuna müvafiq qaydada ölçü götürülməsi üçün Cənab Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına məktub ünvanlayaraq məsələnin həlli üçün kömək istəyib.

Ümid edirik ki, hüquq mühafizə orqanları səlahiyyətlərini aşmış və vətəndaşı qanunsuz olaraq dövlətlə təhdid edən bu lizinq şirkəti haqqında müvafiq ölçü götürəcək.(Azerbaycanreallığı)

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Bütün xəbərlər