Nəsli kəsilməkdən xilas olan 4 uça bilməyən quş növü - Bioloq danışır

Milyon illər ərzində uça bilməyən quşlar dünyanın müxtəlif yerlərində mövcud olub. İnsanların ortaya çıxması ilə bu növlərin 166-sı yoxa çıxsa da, bəzi quşlara sağ qalmaq nəsib olub.

"dogruxeber.tv" xəbər verir i, Amerikalı təkamül bioloqu, Ratqers Universitetinin əməkdaşı Skott Trevers "Forbes" nəşrindəki sütun yazısında nəsli kəsilməkdən xilas olmuş dörd uça bilməyən quş növü haqqında məlumat verib. Bu növlərdən biri dünyanın ən böyük quşudur.

Straus

Trevers bildirib ki, strauslar təkcə sağ qalmaqla kifayətlənməyib, həm də planetin ən iri və ən ağır canlı quşuna çevrilib. Onların boyu 270 sm-dən, çəkisi isə 135 kq-dan çox ola bilər.

Strauslar uçmaq üçün deyil, sürət və dözümlülük üçün təkamül keçiriblər. Bu quşlar saatda 60 km-dən çox sürətlə qaça bilir və təhlükə zamanı öldürücü zərbələr endirə bilirlər.

Bioloqun fikrincə, məhz bu fiziki üstünlükləri strausların nəsli kəsilməkdən xilas olmasına şərait yaradıb. Onları ovlamaq çox çətin olub.

Kivi

Kivilər iri ölçülü olmasalar da, Yer üzündəki ən qeyri-adi quşlardan sayılır. Trevers qeyd edib ki, bu quşların beş növü mövcuddur və hamısı Yeni Zelandiyanın milli simvolları sayılır.

Kivilər qorxaq və gecə həyat tərzi keçirən canlılardır. Onlar yırtıcının olmadığı mühitdə təkamül keçirdiklərinə görə zəif görmə qabiliyyətinə malikdirlər, lələk əvəzinə tükləri xatırladan örtüyə sahibdirlər. Bununla belə, çox güclü qoxu duyğularına malikdirlər ki, bu da quşlar üçün nadir hal sayılır.

XX əsrin əvvəllərində bir çox kivi populyasiyaları ciddi şəkildə azalsa da, aparılmış aktiv mühafizə tədbirləri bu növün nəsli kəsilməsinin qarşısını alıb.

Emu

Emuların boyu təxminən 2 metrə çatır və bu onları dünyanın ikinci ən böyük quşu edir. Onlar əsasən Avstraliyanın materik hissəsində və yaxın adalarda yaşayırlar.

Bioloq bildirib ki, emular uçma qabiliyyətindən məhrum olsalar da, uzun addımlar və saatda təxminən 48 km sürətlə qaçmaq bacarığı ilə bunu kompensasiya edirlər. Onlar uzun məsafələri qət edərək qida və su axtarırlar.

Trevers vurğulayıb ki, emular digər bir çox uça bilməyən quşların əksinə olaraq insanlarla birgə yaşaya biliblər. Geniş yayılmaları və köçəri təbiətləri səbəbilə ovlanmaları çətin olub. Üstəlik, emular kənd təsərrüfatı məqsədilə istifadə olunan ərazilərə yaxşı uyğunlaşıblar.

Qalapaqos bəbiri

Bəbirlərin əksər növləri həm suya dalmaq, həm də uçmaq qabiliyyətinə malikdir. Lakin qalapaqos bəbiri bu baxımdan istisnadır.

Bioloq bildirib ki, bu növ qısa qanadlar və güclü üzgəc formalı ayaqlar inkişaf etdirib. Onlar uçmaq əvəzinə üzməyi öyrəniblər.

Hazırda bu növdən təxminən 1000 fərd qalıb. Onların mövcudluğunun qorunmasında Qalapaqos adalarının qoruq statusu və davamlı mühafizə proqramları əsas rol oynayır.//Qaynarinfo

Oxunub: 377

Son xəbərlər

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Bütün xəbərlər