İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO

İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?

dogruxeber.tv: - Xəbər verdiyimiz kimi, Nərimanov Rayon İcra Hakimiyyəti Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib. Hazırda bu ərazidə torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən tikinti işləri aparılır.

İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO

Məsələ ilə bağlı sözügedən əraziyə yollanaraq vəziyyəti yerində müşahidə etdik. İnşa olunan binaların böyük əksəriyyəti yaşayış üçün tam hazır vəziyyətdədir. Hətta tikilinin aşağı mərtəbələrində iaşə obyektləri və mağazalar da fəaliyyət göstərir. Bununla yanaşı, ərazidə daha bir neçə binanın inşası üçün söküntü işləri aparılır.

Ərazidə görülən işlər açıq-aşkar fəallığın və planlı inşaat prosesinin getdiyini göstərir. Sahədə fəhlələr işləyir, texnikalar hərəkətdədir. Hər şey sanki bu ərazidə hər hansı bir mübahisə və ya problem yoxmuş kimi davam edir. Binaların hər biri də torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən inşa edilib.

Ərazini ilk aldıqlarını iddia edən "Star City Construction" şirkəti isə hüquqlarının pozulduğunu bildirir. Onların bildirdiyinə görə, torpaq sahəsini illər əvvəl rəsmi sənədlərlə alıblar və hazırda həmin ərazidə gedən tikinti işləri qanunsuzdur. Şirkət ya həmin torpaq sahəsinin geri qaytarılmasını, ya da bərabər dəyərdə başqa bir ərazinin verilməsini tələb edir.

"Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev də mübahisəli ərazidə idi. O bizimlə söhbətində xatırlatdı ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli" çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə ərazidə yerləşən 4,44 ha torpaq sahəsi şirkətin daimi istifadəsinə verilib. Lakin sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı şirkətə də ayrılıb:

İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO

“Ərazidə tikinti işlərinə başladıqdan sonra məlum oldu ki, həmin torpaq sahəsi daha sonra başqa bir şirkətə də satılıb. İkinci satış 2020-ci ildə, bizim müqaviləmizdən təxminən iki il sonra baş tutub. Bu satış barədə bizə nə əvvəlcədən bildiriş verildi, nə də sonradan hər hansı xəbərdarlıq edildi. Hətta bir neçə müştəri ilə müqavilə bağlayıb evlərin satışına başlamışdıq. Məsələ ilə bağlı məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. Ancaq qanuni qüvvəyə minmiş bu qərar bu günə qədər icra olunmur. Hətta Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar da yerinə yetirilmir.”

Hüquqi nümayəndənin sözlərinə görə, şirkət hazırda nəinki tikinti işlərini davam etdirə bilmir, həm də daha əvvəl ev alan müştərilərlə ciddi problemlər yaşayır:

“Hətta bizdən ev alan şəxslərə müqaviləni pozmaları üçün “Ailə Park” MTK tərəfindən təzyiqlər də olundu. Hazırda şirkətimizlə müqavilə bağlayıb ev almağı gözləyən insanlar var. Biz sonda alternativ olaraq tələb etdik ki, heç olmasa bizə başqa bir ərazidə torpaq sahəsi ayrılsın. Bu təklifi də müsbət cavablandırmadılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə dəfələrlə etdiyimiz müraciətlərə cavab vermir. Haqqımız olanı tələb edirik. Məhkəmə qərarı icra olunmalıdır”.

İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO

Mövqelərini öyrənmək üçün “Ailə Park” MTK-nın nümayəndələrinə yaxınlaşdıq. Onlar bizə bu məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər:

“Siz heç bilirsiniz bunu kim tikir? Burada özbaşına bir daş belə qoya bilmərik. Bu, dövlət səviyyəsində olan layihədir. Bu məsələyə başqa heç kim qarışa bilməz. Biz artıq bir neçə binanı tikib tamamlamışıq. Hazırda da digər tikililər üçün də işlər davam edir. Digər şirkətin iddiaları ilə bağlı məlumatımız yoxdur”.

Hətta "Sizin başqa işiniz-gücünüz yoxdur gəlmisiz bura?" deyib işimizi də öyrətməyə çalışdılar.

İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO

Məsələdə ən çox adı çəkilən tərəf olan Nərimanov Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etdik. Zənglərimiz cavabsız qaldı, elektron məktublarımıza isə heç bir reaksiya verilmədi. Tərəflərin mövqeyini təqdim etməyə hazırıq.//mediatv.az

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər