Alimlər insan tarixində ən uzun miqrasiyanın sirrini açdılar

Science: qədim asiyalılar 20 000 km yol gedərək Cənubi Amerikaya çatmışdılar

"dogruxeber.tv" xəbər verir ki, Sinqapurun Nanyan Texnologiya Universitetinin alimləri beynəlxalq tədqiqatçılarla birlikdə qədim insanların Şimali Asiyadan Cənubi Amerikanın ucqar cənub nöqtəsi olan Odlu Torpağa qədər keçdiyi miqrasiya marşrutunu bərpa ediblər. Bu 20 000 km-lik yol, insan tarixində qeydə alınmış ən uzun miqrasiya hesab olunur. Araşdırmanın nəticələri Science elmi jurnalında dərc edilib.

Genetik analizlər göstərib ki, təxminən 14 min il əvvəl qədim insanlar Şimali Asiyadan çıxaraq Cənubi Amerikanın şimal-qərb sahillərinə qədər gəlib çıxıblar. Buradan əhali dörd əsas qrupa bölünüb: bir hissə Amazon hövzəsində qalıb, digərləri isə Səhralı Çako, Patagoniya və And dağlarına üz tutublar.

Tədqiqatda müasir genetik analiz üsullarından istifadə olunub və nəticələrə görə, qədim asiyalılar düşündüyümüzdən daha zəngin genetik müxtəlifliyə malik olublar. Alimlər bildirir ki, bu nəticə əvvəlki düşüncələri dəyişir – çünki əvvəllər ən yüksək genetik müxtəlifliyin Avropalılarda olduğu düşünülürdü.

Lakin bu uzun miqrasiya yolu nəticəsində həmin köçəri toplumların genetik müxtəlifliyi azalıb.
“Onlar yalnız əcdadlarının genetik fondunun bir hissəsini daşıyırdılar, bu da immun sistemlərinin zəifləməsinə səbəb ola bilərdi”, – deyə tədqiqatın müəlliflərindən biri Kim Hi Lim bildirib. Bu, min illər sonra Avropalılar tərəfindən gətirilən xəstəliklərə qarşı yerli xalqların niyə bu qədər həssas olduğunu izah edir.

Tədqiqat həmçinin göstərib ki, bu qədim insanlar sərt mühitlərə – Patagoniyanın buzlu düzənliklərindən tutmuş And dağlarının yüksəkliyinə qədər – uyğunlaşa bilmişdilər. Alimlər bu uyğunlaşma qabiliyyətini insanlığın sağ qalması və yeni əraziləri mənimsəməsi üçün əsas amil hesab edirlər.

Qeyd edək ki, daha əvvəl alimlər Pireney dağlarının son buzlaşma dövründə ibtidai insanlar arasında canlı ticarət mərkəzi olduğunu da müəyyən etmişdilər.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər