Karbon qazının səviyyəsi bəşər tarixində ən yüksək həddə çatdı: Bu, nə ilə nəticələnə bilər?

Yer atmosferində karbon qazının (CO₂) səviyyəsi insanlıq tarixində ilk dəfə rekord həddə çatıb. San-Dieqodakı Skripps okeanoqrafiya institutunun mütəxəssislərinin verdiyi məlumata görə, 2025-ci ilin may ayında CO₂-nin aylıq orta konsentrasiyası 430,2 hissə/milyon (ppm) olub ki, bu da 67 il əvvəl dəqiq ölçmələrin başlanmasından bəri qeydə alınmış ən yüksək göstəricidir.

"dogruxeber.tv" bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

CO₂ səviyyəsinin yüksəlməsi, iqlim dəyişikliyinin əsas göstəricilərindən biri hesab olunur və planetdəki istiliyin artmasına səbəb olur. Konsentrasiyanın bu cür artması Yer səthini insan həyatına dözülməz dərəcədə isti edə bilər. Bundan başqa, yüksək CO₂ səviyyəsi insan sağlamlığı üçün də təhlükəlidir: diqqət pozğunluğu, yuxululuq, ürəkbulanma və hətta ölüm halları bu risklər sırasındadır.

Elm adamlarından xəbərdarlıq

"Daha bir il, daha bir rekord. Bu, kədərlidir", deyə Skripps institutunun karbon qazı müşahidə proqramının rəhbəri Ralf Kiling bildirib.

Onun sözlərinə görə, karbon qazı digər istixana qazları kimi atmosferin aşağı qatlarında istiliyi saxlayaraq, hava axınlarını dəyişir və ekstremal hava hadisələrini – istivurmaları, quraqlıqları, meşə yanğınlarını, leysan yağışları və daşqınları – artırır.

Okeanlar da təhlükədədir

CO₂-nin artması eyni zamanda okeanların turşulaşmasına səbəb olur. Bu, dəniz canlılarının – xərçəngkimilər və mərcanlar kimi – sərt qabıq və skeletlər formalaşdırmasını çətinləşdirir, beləliklə, ekosistemin bütövlüyünü pozur.

Alimlər bildirir ki, bu gün atmosferdəki karbon qazının miqdarı təxminən 4,1–4,5 milyon il əvvəl – "Pliosen iqlim maksimumu” adlanan dövrdəki səviyyəyə bərabərdir. Həmin dövrdə dəniz səviyyəsi indiki ilə müqayisədə təxminən 24 metr daha yüksək olub, qlobal orta temperatur isə sənaye öncəsi dövrlə müqayisədə 3,9°C daha isti idi.

O zamanlar iqlim o qədər mülayim idi ki, bu gün donmuş tundralarla örtülü olan Arktika ərazisində geniş meşələr mövcud olub.

Son xəbərlər

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Bütün xəbərlər