Azərbaycan səhiyyəsində sistemli faciə: Nazirlik və TƏBİB hara baxır?

dogruxeber.tv: - Azərbaycan səhiyyə sistemi dərin uçurumun kənarındadır. İllərdir ki, xəstəxanalarda rüşvət, korrupsiya və səhlənkarlıq hökm sürür, amma bu sahəyə cavabdeh iki əsas qurum — Səhiyyə Nazirliyi və TƏBİB — problem çözmək əvəzinə şəxsi maraqlarını güdür. Vətəndaşların etirazları artıq boğaza yığılıb: dogruxeber.tv-ın redaksiyasına hər gün onlarla şikayət daxil olur, hamısı da eyni mövzuda — keyfiyyətsiz tibbi xidmət, məsuliyyətsiz həkim və amansız “tarif cədvəli”.

Nazirlik niyə susur?

Sabunçu rayon sakini Vüsalə Əliyevanın 19 yaşlı qızına qarşı edilən tibbi “eksperiment”lər son bir neçə ayın ən sarsıdıcı nümunəsidir.

1. Modern Hospital — həkim Elvina Səlimova qızın ayağındakı xalı əməliyyat edir və ailəni ikinci mərhələyə yönləndirir.

2. Memorial Hospital — burada gənc qıza yanlış xərçəng diaqnozu qoyulur, ailə psixoloji-maddi cəhətdən dağıdılır.

"dogruxeber.tv" məsələni ictimailəşdirir, Səhiyyə Nazirliyi isə əvvəlcə “absurd” yazılı cavabla işdən yaxa qurtarmağa çalışır, sonra redaksiyaya zəng edərək Vüsalə xanımın əlaqə nömrəsini alıb “araşdıracağıq” vədini verir. Nəticə? Heç nə. Səhlənkar həkimlər hələ də iş başındadır.

TƏBİB — “islahat” maskası altında iflas

“İslahat” şüarı ilə yaradılan TƏBİB, Nazirliyin köhnə problemlərini kölgədə qoyacaq dərəcədə biabırçı performans sərgiləyir. İcraçı direktor Vüqar Qurbanovun möhtəşəm toy məclisi — sosial şəbəkələrdə yarım milyon manatlıq “mərcəklə” gündəmə düşən şou — ölkə səhiyyəsinin real vəziyyəti ilə tam təzad təşkil edir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova isə media zənglərinə cavab verməməklə, qurumun “qapanıq qapı” siyasətini möhkəmləndirir. İctimaiyyətin sorularına susmaqla cavab verən bu komandanın əsas “təcrübəsi” elə görünür ki, rəhbərlikdən gələn arxayınçılığı paylaşmaqdır.

Yeni ifşalar yaxınlaşır

Binəqədi rayonundakı Əjdər Məlikov adına 6 saylı Mərkəzi Xəstəxana barədə topladığımız şok faktları tezliklə yayımlayacağıq. Gözləyin: səhlənkar həkimlərin, yeyintilərin və insan həyatı üzərində qurulan “iş modelləri”nin siyahısı ilə çıxış edəcəyik. Görəsən, bu dəfə də cavab “araşdırırıq” deyib dosyeləri tozlu rəflərə mi atacaqlar?

Nəticə

Vətəndaş etimadı tükənib. İnsanlar əvvəl sağalmaq ümidi ilə xəstəxanaya gedir, indi isə “görəsən, daha pis olarmı?” qorxusu ilə.

Sistem cavab verməlidir. Nazirlik və TƏBİB rəhbərliyi vədlərdən yorğun, konkret cavabdan qaçır.

Cəzasızlıq böhranı dərinləşdirir. Günahkar həkimlər cəzalandırılmadıqca, növbəti faciə qaçılmazdır.

Səhiyyəni şəxsi marağa qurban verənlər unutmamalıdır: cəmiyyət unutmaz. Gec də olsa, cavab vermək məcburiyyətində qalacaqlar.

dogruxeber.tv

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər