gundem / dunya
16.06.2025, 18:15
İsrail 150 min vətəndaşını geri qaytarır – Əməliyyat
İsrail xaricdə qalan 150 min israillini geri qaytarmaq üçün əməliyyata başlayıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, İsrail Nəqliyyat Nazirliyi ŞABAK-la birlikdə “Təhlükəsiz qayıdış” adlı əməliyyatının başladığını elan edib.
İlk uçuşlar Nyu York, Banqkok, Larnaka, Afina və Romadan həyata keçiriləcək.



