gundem / iqtisadiyyat / dunya
17.06.2025
"Brent" bahalaşdı
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,71% artaraq 1 barelə görə 73,75 ABŞ dolları təşkil edib.
"dogruxeber.tv" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,77% artaraq 70,79 ABŞ dollarına bərabər olub.



