SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı

Son günlər SEPAH-a bağlı sosial şəbəkə və media Azərbaycana qarşı sistemli təxribatlara başlayıb.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, bununla əlaqədar artıq bir neçə gündür Teleqaram kanalları, habelə ayrı-ayrı şəxslərin fikirləri tirajlanır.

Dünən isə prosesə SEPAH-ın maliyyəsi ilə yayınlanan media da qoşulub.

Qeyd edək ki, “sepah_pasdaran_ru” teleqram kanalı iddia edib ki, guya, Azərbaycanın dəniz sərhədindən Ənzəli limanına uçan bir neçə İsrail düşmən PUA-sı aşkarlanıb və zərərsizləşdirilib.

Bunun ardınddan iranlı politoloq Salar Seyfi İnstagramda yazıb ki, guya, Azərbaycan Təbrizin bombalanmasına rol oynayıb. “Azərbaycan Təbrizin vurulmasında hansı rolu oynayıb? İsrailin nəzarətində olan Qəbələnin köhnə mərkəzi RLS üzərindən radar nəzarətinin pozulması. İsrail PUA-larının Naxçıvan və Qarabağdan Təbrizə buraxılması. Xain, təxribatçı agentlərin Təbrizdə casusluq və kəşfiyyat fəaliyyəti”.

Tribunainfo.az xəbər verir ki, ötən gün prosesə qoşulan “Mehr” Agentliyi isə Azərbaycanı açıq şəkildə təhdid edib. Agentlik yazır: “Ölkənin şimal-qərb əyalətlərində İsrailin kəşfiyyat xarakterli PUA-ların olması, Bakının İsraillə əməkdaşlığı və Azərbaycan hakimiyyətinin yenidən xəyanət etməsi ilə bağlı fərziyyələri artırıb. İran xəbərdarlıq edir ki, qanuni müdafiə əməliyyatı çərçivəsində sionist rejimin Qərbi Asiya regionundakı bütün ölkələri və hərbi tərəfdaşlarını hərbi hədəf kimi hədəfə alacaq. Müvafiq olaraq, regional və trans-regional aktorların İsrail rejimi ilə əməkdaşlığının hər hansı bir məlumatı və ya media tərəfindən təsdiqlənməsi İran xalqına qarşı müharibə elanı kimi qiymətləndiriləcək və müvafiq cavabla qarşılanacaq”.

Bu əsnada keçmiş SEPAH komandiri Mohsen Rezaei qəribə açıqlama verib. O deyib ki, İranın naməlum strategiyası var. “Bizim naməlum strategiyamız var və sürpriz elementindən yararlanacağıq. Müharibədən sonra biz 35 il təhlükəsizlik və əmin-amanlıq içində yaşadıq. Gələcəyi təmin etmək üçün daha 50 il müqavimət göstərməyə davam edəcəyik. Biz indiyədək müharibəni cilovlamışıq. Lakin sərhədləri aşmaq və daha qəti addımlar atmağın vaxtı çatıb. Biz bütün regionda sabitliyi pozacaq nəsə etməli ola bilərik”.

P.S. İranın bu davranışları İsrail qarşısındakı uğursuzluqlarını başqalarının üzərinə yıxmaq cəhdidir. Əvvəla, Azərbaycan ən yüksək səviyyədə zəmanət verib ki, Azərbaycan ərazisi və hava sahəsindən İrana qarşı hər hansı addım atılmasına imkan verməyəcək. İkincisi, Azərbaycan İsraillə yaxşı münasibətlərə malikdir və bunun heç bir ölkəyə dəxli yoxdur. İsrailin Azərbaycanda bazasının olması barədə iddia da mənasız və təxribat məqsədi ilə ortaya atılmış məsələdir. Ona görə ki, Azərbaycanda nə İsrailin bazası var, nə də Azərbaycan belə bir şeyə imkan verməz.

Eyni zamanda, Bakı Tehranla da yüksək səviyyədə əlaqə qurmaq niyyətini dəfələrlə açıqlayıb. Əgər İran xofludursa və Azərbaycana qarşı təxribat etmək fikrindədirsə, bu onların məsələsidir. Bu addımı atarsa, cavabını da şübhəsiz alacaq.

Lakin SEPAH-ın “qan çıxmayan yeri qaşımaq”da məqsədi nədir? İki ölkə arasında münasibətləri yenidən pozmaqmı? Yenicə bərpa olunmuş əlaqələr, yaxşı münasibətlərin yaranması üçün geniş imkanların olması fonunda bu düşmənçilik kimə fayda verəcək?

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər