Buludlar yoxa çıxır, istilər artır: Alimlər yeni iqlim təhlükəsi barədə xəbərdarlıq etdi

Alimlər Yer üzərindəki bulud örtüyünün sahəsinin azalmasını qeydə alıblar. Halbuki buludlar Günəş enerjisinin bir hissəsini kosmosa geri qaytararaq planetin soyumasına yardım edir. Bu dəyişikliklər iqlim böhranı fonunda artıq həddindən artıq toplanan istiliyin daha da artmasına səbəb olur.

"dogruxeber.tv" xəbər verir ki, Britaniyanın "The Guardian" nəşrinin yazdığına görə, bu tədqiqat nəticələri 2023 və 2024-cü illərdə qeydə alınan rekord istilərin səbəblərini izah edə bilər. Həmin illərdə qeyri-adi temperatur artımları elm ictimaiyyətini belə təəccübləndirmişdi.

NASA və universitetlərdən müşahidə: buludlar azalır, istilik qalxır

NASA və iki universitetin mütəxəssisləri tərəfindən aparılan tədqiqatda iki növ peyk məlumatı təhlil edilib: buludluq səviyyəsi və Yerə düşən və saxlanılan Günəş enerjisi. Alimlər qeyd edirlər ki, Günəş enerjisini ən yaxşı şəkildə əks etdirən – sıx bulud örtükləri əsasən qütblərə yaxın enliklərdə müşahidə olunur. Məhz həmin bölgələrdə son 24 ildə buludluğun sahəsi onillik üzrə 1,5–3 faiz azalıb.

Avstraliyanın Monash Universitetindən professor Kristian Yakob bu azalmanı Yer kürəsindəki iri külək sistemlərinin qütblərə doğru sürüşməsi ilə izah edir. O qeyd edir ki, bu dəyişikliklər atmosferdə karbon qazı (CO₂) konsentrasiyasının artımını modelləşdirən kompüter proqnozlarına uyğundur. CO₂ səviyyəsi əsasən qalıq yanacağın yandırılması nəticəsində artır.

"Model bu cür dəyişiklikləri proqnozlaşdırırdı, ona görə də bu sürüşmə bizim üçün sürpriz olmadı", deyə Yakob bildirib.

Buludların rolu həyati əhəmiyyət daşıyır

Buludlar Günəş şüalarını həm geri əks etdirə, həm də istiliyi Yer səthində saxlaya bilir. Məsələn, buludlu gecələr daha isti olur. Lakin professor Yakobun sözlərinə görə, ümumilikdə buludlar planetin soyumasına kömək edir. Ona görə də onların azalması "isitmə effekti" yaradır.

Yeni Cənubi Uels Universitetindən (UNSW) aparıcı iqlimşünas professor Mett İnqlend isə qeyd edir:

"Buludlar Yer kürəsinin enerji balansında açar rol oynayır. Hər hansı dəyişiklik iqlim dəyişikliyinin inkişafına ciddi təsir göstərə bilər".

Onun fikrincə, "Geophysical Research Letters" jurnalında dərc olunan bu yeni tədqiqat 2023 və 2024-cü illərdə quru və okean səthində qeydə alınan rekord temperatur göstəricilərinin səbəbini qismən izah edir. İnglend bu temperatur sıçrayışını "bütün məntiqi çərçivələrin kənarında” adlandırır.

Temperatur sıçrayışı nədən qaynaqlanır?

İqlim alimləri hələ də son illərdəki temperatur sıçrayışlarının dəqiq səbəbini müəyyənləşdirməyə çalışırlar. Bəzi fərziyyələrə görə, beynəlxalq gəmiçilik sektorunda kükürd dioksid emissiyalarının azalması bu prosesə təsir göstərib. Bu hissəciklər həm də Günəş şüalarını əks etdirir və buludların yaranmasına kömək edir.

Digər mümkün amillər arasında:

* Şimal Atlantik okeanı üzərində küləklə daşınan toz miqdarının azalması (bu toz regionu soyuda bilərdi),
* 2022-ci ildə Tonqa yaxınlığında baş verən dənizaltı vulkan püskürməsindən sonra atmosferə daha çox su buxarının – güclü istixana qazının – daxil olması da göstərilir.

UNSW universitetindən doktor Martin Kuker bu vulkan püskürməsinin nəticələrini öyrənib. Onun fikrincə, iqlim modelləri buludların qlobal istiləşməyə reaksiyasını hələ də dəqiq təsvir edə bilmir. Bu səbəbdən yeni tədqiqat həmin modellərin təkmilləşdirilməsinə kömək edəcək. Bu, "iqlim geribildirimləri”nin bir nümunəsidir – yəni atmosferdəki dəyişikliklər buludlarda da dəyişikliklərə səbəb olur.

Ancaq Kuker düşünür ki, buludluğun son 20 ildəki dəyişməsi təkbaşına 2023-cü ildəki temperatur sıçrayışını tam şəkildə izah etməyə yetərli deyil.//Qaynarinfo

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər