Dollarla bağlı mühüm qərar verildi - Azərbaycana təsiri isə…

ABŞ Mərkəzi Bankı (FED) gözləntilərə uyğun olaraq uçot dərəcəsini 4,25–4,50 faiz aralığında sabit saxlayıb. Son dörd iclasda dəyişiklik etməyən FED bu il üçün iki faiz endirimi planını qüvvədə saxlayıb. Lakin 2025-ci il üzrə iqtisadi artımın zəifləyəcəyi, inflyasiyanın isə arta biləcəyi ehtimalı ön plana çıxarılıb. Bildirilir ki, bu qərarlar qlobal bazarlarda qeyri-müəyyənliyi artırır.

FED-in faiz qərarını sabit saxlaması və inflyasiya proqnozlarını yüksəltməsi manat, neft gəlirləri və ümumi makroiqtisadi sabitlik üçün nə vəd edir?

"dogruxeber.tv" Pravda.az-a istinadən xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, FED-in qərarları qlobal iqtisadiyyata müxtəlif istiqamətlərdə ciddi təsir göstərir:

“Ölkə iqtisadiyyatı nə qədər liberal və qlobal iqtisadiyyata inteqrasiya olunubsa, ABŞ-ın uçot dərəcəsindəki dəyişikliklər, yəni artım və ya azalma da daha güclü təsir edir. Uçot dərəcəsinin sabit saxlanılması isə bunu minimuma endirir. Bu qərarı iqtisadi proseslərin öz axarı ilə davam etməsinə şərait yaratmaq kimi dəyərləndirmək olar. Başqa sözlə, faiz dərəcəsinin dəyişməməsi iqtisadi sabitliyi qorumaq üçün atılmış müvəqqəti addımdır. Bu isə həmin qərarın ölkə iqtisadiyyatlarına təsirini xeyli zəiflədir. Bu baxımdan, hazırkı şəraitdə faiz dərəcəsinin dəyişməməsi Azərbaycan iqtisadiyyatına xüsusi müsbət təsir göstərməyəcək”.

İqtisadçı bildirib ki, uçot dərəcəsindəki dəyişikliklər zaman-zaman müəyyən multiplikativ effektlər yaradır:

“Ancaq bu dəfə belə bir dəyişiklik baş vermədiyi üçün qərarın nə ölkə iqtisadiyyatına, nə də Azərbaycanda mövcud olan makroiqtisadi tarazlığa ciddi mənfi təsiri gözlənilmir”.

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər