Sosial yardım kimə çatır?

Azərbaycanda sosial yardım sistemi sanki ehtiyacı olan üçün deyil, əlaqəsi olan üçün qurulub. Rəsmi qurumlar şəffaflıqdan, obyektiv meyarlardan danışır, amma real həyatda yardımların necə, kimlərə və hansı yollarla çatdığını yaxşı bilirik.

"dogruxeber.tv"a daxil olan saysız müraciətlər, sosial şəbəkələrdə yayılan hekayələr bir daha göstərir ki, bu sahədə ədalət prinsipindən əsər-əlamət yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən idarə olunan sosial yardım sistemi, kağız üzərində “elektronlaşdırılmış, obyektiv və şəffaf” görünür. Ancaq əslində sistem o qədər təbəqələşib, o qədər formalara boğulub ki, real ehtiyac sahibləri bir neçə dəfə imtina cavabı alıb ümidsizliyə qapılır, digərləri isə tanış-biliş vasitəsilə yardım almağı "sistemə çevrilmiş hüquq" kimi qəbul edir.

Qarabağ qazisi olan, işsiz, xəstə və tək valideynlə yaşayan bir vətəndaş sosial yardım almaq üçün onlarla sənəd yığır, get-gəl edir, sonda "gəlir normanız bir az artıqdır" cavabı alır. Amma eyni rayonda, imkanlı ailənin üzvü – adına heç nə olmayan, amma 3 maşın sürdüyü, 2 ədəd bağ evinə sahib olduğu halda yardım alır. Çünki “adamı” var. Bəli, bu gün sosial yardımın “kriteriyası” – sosial göstərici yox, şəxsi bağlantıdır.

Rayonların çoxunda bələdiyyə və icra nümayəndələri "qapalı siyahı"lar tutub, sosial yardımın kimin haqqı olduğunu “özləri” müəyyənləşdirir. Beləliklə, yardımlar ya imkanlıların yaxınlarına, ya da sırf səs qazandıracaq şəxslərə yönəldilir. Əslində isə, yardıma ən çox ehtiyacı olan – dul qadın, xəstə uşaqla yaşayan ana, işsiz qalan ata – sistemin içinə girə bilmir. Çünki onların heç kəsi yoxdur.

Ərzaq yardımı isə ayrı fəlakətdir. Bir çox bölgələrdə bu yardımlar vətəndaşların evlərinə deyil, icra nümayəndələrinin göstərişi ilə “tanınan” ailələrə çatdırılır.

Sistem o qədər kəskin şəkildə bölünüb ki, yardım siyahıları artıq ictimai rəyə deyil, şəxsi maraqlara və loyallığa əsasən hazırlanır. Yardım almaq istəyən sadə vətəndaş isə "gələn ayın 15-i, sonra 25-i"... , "baş mütəxəssis yerində deyil", "sistem dəyişib"... cavablarıyla süründürülür.

Əgər sosial yardım doğrudan da ehtiyaclıya çatmırsa, bu proqram kim üçündür?
Nazirin qohumuna, icra başçısının qonşusuna, bələdiyyə sədrinin baldızına yardım etməklə bu dövlət nə qazanır?

Heç kim aldanmasın: bu, sadəcə yardımı mənimsəmək deyil, ehtiyaclı insanların dövlətə inamını məhv etməkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər