Nazirlər Kabineti aviasiya işçiləri ilə bağlı qərar verdi

Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 oktyabr 2006-cı il tarixli qərarını ləğv edib.

"dogruxeber.tv" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakılar nəzərə alınmaqla hesablanır:

- təyyarədə çalışan sıravi heyət üzvləri, avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində helikopterlərin sıravi heyət üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin bu Qaydanın 5.12-ci bəndində göstərilən üzvləri üçün
ümumi sığorta stajı – uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünməklə;

- hava gəmiləri uçuş heyətinin qəza-xilasetmə (axtarış-xilasetmə) bölmələrinin tərkibində – işlədiyi hər bir ilə görə il yarım sığorta stajı;

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC ləğv edilənə qədər həmin qurumun idman aviasiya təşkilatlarının uçuş heyəti vəzifələrində – bir il işə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar uçuş hazırlığının tədris planını yerinə yetirmiş olsunlar. Bir il ərzində mürəkkəb və ya ali pilotaj elementlərinin yerinə yetirilməsinə görə – iki il sığorta stajı;

- paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qruplarının bir illik işinə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar porşenli təyyarələrdən, helikopterlərdən, ən azı 10 metr hündürlükdə olan helikopterlərdən xüsusi enən (qalxan) qurğulardan illik tullanma normasını yerinə yetirmiş olsunlar. Reaktiv təyyarə və helikopterlərdən illik tullanma norması bir il ərzində yerinə yetirildikdə isə iki il sığorta stajı;

- imtiyazlı sığorta stajının hesablanması şərtləri yerinə yetirilmədikdə bu Qaydanın 4.2.3-cü və 4.2.4-cü yarımbəndlərinə uyğun olaraq bir illik işə görə – bir il
sığorta stajı;

- Silahlı qüvvələrin uçuş heyəti vəzifələrində və uçuş-sınaq heyətində xidmət müddəti (müvafiq olaraq hərbi qulluqçular və uçuş-sınaq heyəti üçün müəyyən edilmiş qaydada);

- məcburi dövlət sosial sığorta haqları ödənilməklə xarici mülki aviasiyanın uçuş heyəti vəzifələrində xaricdəki iş müddəti (müvafiq uçuş işləri üçün bu Qaydanın
4.2.1 – 4.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş qaydada);

- ali və orta aviasiya tədris müəssisələrinin əyani şöbələrindəki təhsil müddəti (faktiki davamiyyət üzrə).

"Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq mülki aviasiyanın uçuş və uçuşsınaq heyətində işləyən şəxslər – hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist), komanda-uçuş heyəti, müvafiq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının heyətlərinin hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar, paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qruplarının üzvləri güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər.

Son xəbərlər

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

Bütün xəbərlər