gundem / siyaset
9.07.2025
Paşinyan İlham Əliyevlə görüşmək üçün BƏƏ-yə getdi
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yola düşüb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.
"Bu gün Əbu-Dabidə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında görüş planlaşdırılır.
İyulun 10-da Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Əbu-Dabidə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - deyə o qeyd edib.



