"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

İyulun 11-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “AzerGold” QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında “Daşkəsən” dəmir filizi sahəsində istehsal zəncirinin qurulması üzrə əsas mərhələlərdən birinin icrasına dair müqavilə imzalanıb. Bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə müqaviləni “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən Baş direktor Ceyhun Əliyev, “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti tərəfindən Baş menecer Hua Guanglin imzalayıb.

Məlum olduğu kimi, ölkəmizdə dəmir filizi yataqlarının öyrənilməsi və bu sahənin inkişaf etdirilməsi dövlət başçısının 1 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq icra edilir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə 2020-ci ildə “AzerGold” tərəfindən törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilərək, fəaliyyətə başlayıb.

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

"dogruxeber.tv" qeyd edir ki, “Daşkəsən” dəmir filizi yataqları kompleksində istismar işlərinə ilk dəfə SSRİ dövründə başlanılıb. Ümumilikdə, 1954-1994 illər arasında burada istismarı ən əlverişli müəyyən edilən yataqda hasilat işləri və dəmir konsentratının istehsalı aparılıb, sonrakı dövrlərdə isə hasilat və istehsal fasilələrlə qismən həyata keçirilib. Sahədə filizlərin dəmir tərkibinin nisbətən aşağı olması, filizlərin yerin daha dərin qatlarında yerləşməsi, üstaçma əmsalının yüksəlməsi ilə nəticələndiyi, ölkənin birbaşa beynəlxalq sulara çıxışının olmadığından dolayı logistik xərclərin artması kimi amillər səbəbindən yataqda fəaliyyətin bərpa edilməsi cəhdləri uğursuz olub.

“Daşkəsən Dəmir Filiz” MMC tərəfindən yatağın səmərli və davamlı istismarının təmin edilməsi məqsədilə 2020-ci ildən etibarən burada geniş kəşfiyyat işləri aparılıb, mineral ehtiyatların beynəlxalq standartlara uyğun olaraq yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan ümumi ehtiyatlarda 70 milyon ton filiz kütləsinin artımı təsdiqlənərək 187.3 milyon ton təşkil edib.

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Bundan əlavə, dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi olmaqla, yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb, nəticədə ”Daşkəsən” yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69%-dək dəmir tərkibli konsentrat və 97%-dək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Əldə edilən məlumatlar əsasında beynəlxalq nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə həm texniki, həm də iqtisadi məqamları əhatə etməklə yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq edilib.

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Görülən kompleks işlər və müfəssəl təhlillər “Daşkəsən” yataqlar qrupunun kommersiya baxımından səmərəli və davamlı şəkildə işlənməsini təmin etmək üçün beynəlxalq təcrübəyə uyğun olaraq ətraflı bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına zəmin yaradıb. Belə ki, “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən 2024-cü ilin ortalarından etibarən bu sahədə ixtisaslaşmış bir sıra dünyamiqyaslı şirkətlərlə danışıqlar aparılıb, nəticədə, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti ilə əməkdaşlığın qurulması qərara alınıb.

Ümumi dəyəri 2 450 000 ABŞ dolları olan müqavilə çərçivəsində 2 il ərzində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi mədənin ən optimal iqtisadi və ekoloji yanaşmalarını əhatə edərək, layihənin maliyyələşdirilməsi üçün müvafiq institutlar, potensial investorlar və banklar qarşısında əsas istinad sənədi kimi çıxış edəcək. Sənəd iqtisadi səmərli filizlərin həcmi və uyğun texnoloji həlləri, tikinti və mühəndislik işlərini əhatə etməklə yatağın tammiqyaslı işlənməsi üçün növbəti mərhələlərə keçid etməyə imkan yaradacaq. Çin şirkəti ilə yanaşı, sənədin hazırlanmasının müxtəlif lokal komponentlərində müvafiq yerli podratçıların xidmətlərindən istifadə ediləcək.

Qeyd edək ki, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib. Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlı müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə resursların səmərəli istismarını təmin edib.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər