AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

dogruxeber.tv: - AFFA-nın mətbuat xidmətində naməlum küləklər əsir. Zatən orası çox havasız gəlirdi mənə. Hərdən az qalırdım ki, gedib o otağın qapı-pəncərəsini açım, havası dəyişsin, nəfəs alaq.

Mia.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda məlum qurumun mətbuat xidmətinin rəhbərini dəyişəcəklər. Hazırda bu vəzifədə 2023-cü ildən bəri Elnur Məmmədli oturub.

E.Məmmədli jurnalistdi, həmkarımızdı. Düzdü, arada cığallıq edir, həmkarlarına ayrı-seçkilik qoyur.

Məsələn, millinin Qəbələdəki oyununa keçən il məni buraxmadı. Halbuki, getmək üçün yazmışdım ona. Millinin oyunlarından sonra baş məşqçiyə sual verməyə imkan vermir mənə, əlimi qaldırıram sual üçün, özünü görməməzliyə vurur, ya da sözümü kəsir. AFFA-nın hesabat yığıncağında əlim göydə qaldı, mənə icazə vermədi ki, sual verim. Axırda Rövşən Nəcəfə özüm yaxınlaşdım.

Xırdaçılıq eləyib hər hərəkətini üzünə vurmaq istəmirəm, həmkarımdı, çünki. İndi də şikayətlənmirəm. Deyəcəksiniz ki, vəzifədən gedir deyə, dalıyca danışırsan. Əsla. Allah elə eləsin, xəbər doğru çıxmasın. Sadəcə, söz sözü gətirdi, deyə yazıram bunları. Həm də Elnur Məmmədli kimi adamlar bir az boz rənğdə görünür gözümə adətən. Vaxt sərf eləmək istəmirəm.

Bəs onun yerinə kimi qoyacaqlar? Bax, burada daha rənğli bir adamın adı var.

Deyilənə görə, AFFA-nın mətbuat xidməti postuna Seymur Teymurovu təyin edəcəklər. O da jurnalistdimi? Yox. Tarixçidi, amma illərdi intellektual oyunların içindədi, idarəçiliyi sınaqdan keçirib və AFFA-ya təzəlikcə baş katib təyin olunan Cahangir Fərəcullayevlə eyni mətbəxin adamıdı. Jurnalist olmasa da, medianın yanında davamlı yeri olub.

S.Teymurov “Xəzər” İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədridi. Ölkəmizdə ilk dəfə ana dilində intellektual yarışları təşkil edib. GameTV.az prodüser mərkəzinin çəkdiyi "Что? Где? Когда?" verilişinin azərbaycandilli versiyasında ilk komandanın kapitanı olub. 2012-ci ilədək "Что? Где? Когда?" Elitar Klubunda çıxış edib. Yeri gəlmişkən, Cahangir Fərəcullayevlə yolları da bu illərdə kəsişib.

Bəs media, jurnalistika ilə nə əlaqə?

S.Teymurov 2017-ci ildən Media Çalışmaları MMC-nin baş direktorudu. Bu MMC-yə “Bax.tv” video portalı, “News.az” xəbər saytı, “Offsideplus.az” idman saytı daxildi.

2016–2017-ci illərdə həm “Qarant” Media Holdinqin İdarə Heyətinin sədri olub, həm də “Oxu.az” xəbər saytına baş redaktorluq edib. 2016-da isə radioda özünü sınaqdan keçirib: 107.7 dalğasında “AvtoFM” radiostansiyasının direktoru olub. Yolu “Biznesinfo.az” saytından, “ANS TV”-dən keçib. Hələ bir ara müəllimlik edib.

Siyahı gördüyünüz kimi, uzundu. Bu siyahıda ən vacib məlumat isə hazırda S.Teymurovun "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri olmasıdı ki, bu da onun C.Fərəcullayevin işlədiyi binaya köçəcəyi xəbərinin səbəbini bizə aydın edir.

Media adamı olmayan C.Fərəcullayevin bu sahədə peşəkara ehtiyacı olduğunu anlayırsan. AFFA-nın mətbuat xidmətində də yaxını yoxdu. Media kimi qalmaqallı sahədən bəs necə baş çıxarsın? S.Teymurovun təyinatı məhz bu səbəbdən çox faydalı olacaq Fərəcullayevə. Onsuz da axır vaxtlarda tədbirlərdə də bir yerdəydilər.
Nə deyim?

Son xəbərlər

Bakıda məşhur şadlıq sarayın birində at əti aşkarlandı

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…

Dünya bazarında neftin qiyməti niyə düşür?

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."

Nazir Vilayət Eyvazov vətəndaşların müracitlərini həll etdi

Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

Misir Mərdanovdan Emin Əmrullayevə sətiraltı cavab - “Təhsil haqqında” Qanun var

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Paşinyan paradda iştirak etməyəcək

Balakən kanat yolunun inşasına başlanılıb- VİDEO

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir –Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır -Xəzər rayonunda qanunsuz tikinti/FOTOLAR

Neftimiz bu gün də ucuzlaşdı

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi - FOTO

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib | Ölən və yaralananlar var

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Ucarda torpaqları kim zəbt edir?

Yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO

DİN: Ötən gün axtarışda olan 125 nəfər saxlanılıb

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Gəncədə “Kuki kids” uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi…

Əhməd Gözəl Azərbaycandan getdi – “Azərsun”da şok dəyişikliklər

Biləsuvarda iki gənc bıçaqlandı

Qızıl və gümüş bahalaşdı

Bəzi ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI

İran çağırış edib

Bütün xəbərlər