Zirədə zibil daşıyan eşşək – Bakı bələdiyyə sisteminin rüsvayçı siması // VİDEO

Zaman irəli gedir, texnologiyalar dəyişir, robotlar zibil süpürür, dünyanın şəhərlərində tullantılar dronla izlənir. Amma Bakı şəhərinin Xəzər rayonunda – konkret olaraq Zirə qəsəbəsində zibillər hələ də eşşək arabası ilə daşınır. Bu, sadəcə mənzərə deyil, idarəçilik iflasının canlı sübutudur.

Sosial şəbəkələrdə yerli sakinlər tərəfindən yayımlanan bu videoya diqqət edin!

VİDEO: https://vt.tiktok.com/ZSBGe85D9/

"dogruxeber.tv" xatırladır ki, nAzərbaycan Respublikasının “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanununda birmənalı şəkildə göstərilir ki, tullantıların toplanması və daşınması gigiyenik və texniki normalara uyğun həyata keçirilməlidir. Amma Zirədə tullantıların daşınması nə texnikaya, nə də gigiyenaya uyğun gəlmir. Çünki orada texnika yoxdur. Çünki ora texnika ayrılmayıb. Çünki ora idarə olunmur.

Əgər bir rayonun kommunal təsərrüfatında köhnə, istifadəyə yararsız "QAZ-53" yük maşını belə yoxdursa, bu, təkcə Zirə bələdiyyəsinin yox, bütövlükdə Xəzər Rayon İcra Hakimiyyətinin iflasıdır. Əhalinin gözü qarşısında gəzən eşşək arabası – bu icra orqanının simasıdır. Bu görüntü, nəinki 21-ci əsrə, heç 1960-cı illərə də yaraşmır.

Xəzər rayonunda bir tərəfdən qanunsuz villalar, dəniz kənarında hasarlanmış torpaqlar, milyonlarla manatlıq "qara pulla" tikilən obyektlər, digər tərəfdən isə zibilləri daşıyan halsız bir eşşək. Əgər bu rayonun rəhbərliyi qanunsuz tikintilərin qarşısını ala bilmirsə, texnika ala bilmirsə, ən azından bu rəzil mənzərədən utanmalıdır.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, bu görüntü sənin idarə etdiyin rayonda baş verir. Bu, sadəcə idarəetmədə boşluq deyil, idarəçiliyə lağ etməyin canlı formasına çevrilib. Hər gün onlarla vətəndaşın gözləri qarşısında eşşək zibil daşıyır və bu mənzərə illərlə dəyişmir. Bəs görəsən rayon rəhbərliyi nə işlə məşğuldur? Qanunsuz tikililərə göz yuman, rayonun problemlərini yalnız kağız üzərində həll edən bir məmur bu xalqa lazımdırmı?

Zirə bələdiyyəsi, Xəzər rayon bələdiyyəsi – bu qurumlar artıq dekorativ bir lövhədən başqa heç nə deyil. Büdcəsi var, fəaliyyəti yox. Statusu var, məsuliyyəti sıfır. Əgər zibil daşımaq üçün tək çıxış yolu heyvan işlətməkdirsə, bu bələdiyyələrin varlığı ilə yoxluğu arasında fərq nədir?

Və nəhayət, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov. Zirə qəsəbəsi Bakının inzibati ərazisinə daxildir. Sizin şəhərinizi eşşək təmizləyir. Bu, artıq təkcə rayonun yox, paytaxt idarəçiliyinin rüsvayçılığı deməkdir. Reklam panolarında “Ağıllı şəhər” yazılır, küçədə isə eşşək zibil daşıyır. Bu nədir - riyakarlıq, yoxsa vətəndaşa qarşı açıq sayğısızlıq?

Zirədə eşşək zibil daşıyır, amma yük zibildə deyil. Yük sistemin, idarəçiliyin, səhlənkarlığın və rəzalətin öz çiyinlərindədir. Bakı bələdiyyə sistemində eşşək arabası texnikaya çevrilibsə, demək ki, artıq köhnəlmiş yük maşını belə bu sistemə yuxarıdan “lazımsız” görünüb.

"DoğruXeber.az" olaraq bu rüsvayçı mənzərəni diqqətdə saxlayır, məsul şəxslərin sosial şəbəkələrdə yerli sakinlər tərəfindən paylaşılan bu görüntülərə məntiqli açıqlama (əgər varsa) verməsini və Bakı şəhərinin çirkab içində deyil, ləyaqətlə idarə olunmasını ümidlə gözləyirik.

Bu yazı son deyil. Dövlət büdcəsinin hara getdiyini, kimin susduğunu, kimin daşıdığını bir-bir araşdırıb, dərc edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib

Meyson Qrinvud "Fənərbağça"da

“Azəridad” toyuq kolbasası istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

Bütün xəbərlər