Yer kürəsinin ən təhlükəli buzlağı kütlə yığır: Yeni görüntü alimləri çaş-baş saldı

Beynəlxalq Kosmik Stansiyadan çəkilmiş təsirli bir görüntü Hindistan və Pakistan sərhədində yerləşən Karakorum dağ massivindəki üç böyük buzlağın birləşərək nəhəng buz axını yaratdığı anı əks etdirib. Qlobal istiləşmə və dünya üzrə buzlaqların sürətlə əriməsinə baxmayaraq, bu uzaq və çətin əlçatan ərazidə yerləşən buzlaqlar nəinki kütlələrini itirmir, hətta artıma doğru gedir. Bu isə alimləri çaşdırıb.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.

Görüntüdə Lolofond, Teram Şehr və Siaçen adlı buzlaqların birləşdiyi aydın görünür. Onlar Hindistan, Pakistan, Çin və Əfqanıstanın kəsişdiyi, geosiyasi baxımdan gərgin və əlçatmaz bir bölgədə yerləşir. Bu bölgə "Karakorum anomaliyası” kimi tanınır.

Qlobal miqyasda buzlaqların sürətlə əriməsinə baxmayaraq, Karakorum massivi əks tendensiya göstərir – burada buzlaqlar ölçücə böyüyür. Alimlər bu prosesi artıq onilliklərdir müşahidə edirlər, lakin hələ də dəqiq izah tapılmayıb.

Təklif edilən fərziyyələrə görə, bu fenomen ya bölgəyə xas unikal iqlimlə, ya da buzlaqların üzərini örtən toz və qaya laylarının buzu yüksək temperaturlardan qoruması ilə bağlı ola bilər. Lakin bu nəzəriyyələrin heç biri hələlik tam sübuta yetirilməyib.

Yayımlanan görüntüdə buzlaqların birləşməsi nəticəsində əmələ gəlmiş morenlər – yəni buzlaqlar arasındakı daş və çöküntü zolaqları da aydın görünür.

Siaçen buzlağı yalnız təbiət möcüzəsi deyil, eyni zamanda hərbi qarşıdurmanın simvoludur. O, dünyanın ən yüksək hündürlükdə yerləşən döyüş sahəsi kimi tanınır. 1984-cü ildən bu yana Hindistan və Pakistan burada hərbi qüvvələr saxlayır və bu ərazi uğrunda dəfələrlə qarşıdurmalar baş verib. Buzlaq strateji mövqeyinə görə hər iki ölkə üçün əhəmiyyətlidir.

Ekstremal şəraitdə – temperaturun kəskin aşağı düşdüyü bu yüksəkliklərdə – indiyədək təxminən 2000 əsgər həyatını itirib. Onların çoxu döyüşdə deyil, məhz sərt hava şəraitinə görə həlak olub.

Bundan əlavə, Siaçen buzlağı region üçün mühüm təbii resursdur. O, çoxsaylı yaşayış məntəqələrini su ilə təmin edir. Buna görə də, bu buzlağın həcminin qorunması, xüsusilə də onun davranışının bu qədər gözlənilməz olduğu şəraitdə, son dərəcə vacib hesab olunur.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər