Zaman səyahəti mümkün ola bilərmi?  - Elm və miflər arasında sərhəd

Zaman – insan həyatının ən müşahidə edilən, amma ən sirli anlayışlarından biridir. Hər gün içində yaşadığımız, hər anı ilə bizi yaşlandıran bu axın əslində bəs necə işləyir? Keçmişə qayıtmaq və ya gələcəyə səyahət etmək mümkündürmü? Bu sual təkcə fantastik filmlərin yox, artıq elmin də mövzusuna çevrilib.

dogruxeber.tv” bu mövzuda həm müasir elmin baxışlarını, həm də xalq yaddaşında qorunan inancları araşdırdı.

Elm dünyası bu suala birmənalı cavab vermir. Lakin Albert Eynşteynin Nisbilik nəzəriyyəsi sübut edir ki, zaman sabit deyil – sürət və kütlədən asılı olaraq dəyişə bilər. Bu o deməkdir ki, müəyyən şəraitdə zaman yavaşlaya və ya sürətlənə bilər. 1971-ci ildə ABŞ-da keçirilmiş eksperimentdə təyyarədəki atom saatı yerdəki saatdan bir neçə nanosanə geridə qaldı. Bu fakt gələcəyə mikrosəviyyədə səyahətin artıq mümkün olduğunu göstərir.

Bəs keçmişə? Burada artıq işlər mürəkkəbləşir. Keçmişə səyahət müxtəlif paradokslarla müşayiət oluna bilər. Məsələn, “nənə paradoksu” – keçmişə qayıdıb öz nənəni öldürsən, onda sən necə doğulmusan? Buna görə də bir çox alim keçmişə getməyin mümkün olmadığını, bəziləri isə yalnız paralel zaman xətləri daxilində bu fikrin işləyə biləcəyini deyirlər.

Zaman səyahəti ilə bağlı fantastik səslənsə də, tarixi iddialar da yox deyil. İnternet forumlarında 2000-ci illərin əvvəlində peyda olan John Titor adlı şəxs 2036-cı ildən gəldiyini, hətta gələcəkdə baş verəcək bəzi hadisələri bildiyini iddia etmişdi. Eyni zamanda tarixi fotolarda müasir geyimli, əllərində telefon və ya kamera olduğu güman edilən şəxslərin görünməsi də mübahisə doğuran görüntülər kimi yayılıb. Bunların əksəriyyəti elmi olaraq izah olunmasa da, insanların bu mövzuya olan marağını daha da artırıb.

Qədim mədəniyyətlərdə və dini mənbələrdə də zamanla bağlı qeyri-adi təsvirlər yer alır. İslamda “Kəhf əhli”nin 309 il yuxuda qalaraq bir gün və ya daha az yatdıqlarını zənn etmələri, Hind mifologiyasında Tanrı Krishnanın bir an içində uzun bir hadisəni göstərməsi, bunların ən məşhurları arasındadır. Bu nümunələr zamana münasibətin təkcə elmi deyil, həm də fəlsəfi və mənəvi tərəflərinin olduğunu sübut edir.

dogruxeber.tv” olaraq diqqət çəkirik ki, Azərbaycan xalq inanclarında da zamanla bağlı dərin düşüncə izləri var. Xalq arasında bəzi saatların və günlərin uğursuz sayılması, “saatın qara gəlməsi”, “vaxtsız danışma, ağzına qara saat gələr” kimi ifadələr təsadüfi deyil. Hətta bəzi bölgələrdə insanlar müəyyən işləri müəyyən saatlardan sonra görmür, bəzi niyyətləri ayın bəd və ya təzə çıxmasına uyğunlaşdırır. Bu inanclar zamanın özündə bir enerji daşıdığına inamdan qaynaqlanır. Keçmişdə insanlar "zamanın qırılması", “gözünə başqa vaxt düşməsi” kimi ifadələrlə mistik təcrübələrə də izah verməyə çalışıblar.

Zaman səyahəti bu gün tam anlamıyla mümkün olmasa da, onunla bağlı elmin verdiyi cavablar artıq sırf fantaziyadan çıxaraq ciddi tədqiqat obyektinə çevrilib. Kim bilir, bəlkə də bir gün gələcəkdə geriyə qayıdan bir səs bizə bu yazını oxuyub qəribə bir təbəssüm edəcək...

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər