Bələdiyyələr vətəndaşla üz-üzə yox, arxa çevirib dayanır

İllərdir ki, yerli özünüidarəetmənin əsas daşı olan bələdiyyələrin fəaliyyətində şəffaflıq, məsuliyyət və vətəndaşla birbaşa ünsiyyət ciddi şəkildə əskikdir. Bir çox rayon və kəndlərdə bələdiyyə orqanları ya formal fəaliyyət göstərir, ya da vətəndaşların müraciətlərinə cavab vermədən sadəcə sənədlərlə işləyən qurum funksiyasını daşıyır.

dogruxeber.tv”ın araşdırmalarına əsasən, kəndlərdə ən çox şikayət edilən məsələlərdən biri bələdiyyə torpaqlarının gizli və qaranlıq şəkildə bölüşdürülməsi, sənədlərin satılması və bəzən heç bir rəsmi tender və ya ictimai elan olmadan torpaq sahələrinin yaxın çevrələrə verilməsidir. Vətəndaş isə ya məlumatlandırılmır, ya da məsələni qaldırdığı anda müxtəlif bəhanələrlə qarşılaşır.

Xüsusilə yeni tikinti aparmaq, torpaq bölgüsü və ya sadə bir arayış almaq üçün belə bələdiyyə idarələrində süründürməçilik halları geniş yayılıb. Bəzi hallarda sənəd üçün vətəndaşdan rəsmi ödənişdən əlavə qeyri-rəsmi "şirinlik" istənilir. Hüquqi baxımdan bu, açıq şəkildə korrupsiyadır, lakin nəzarət mexanizmləri demək olar ki, mövcud deyil.

Ən ciddi məsələ isə vətəndaşın bələdiyyə idarəsinə olan inamının yoxa çıxmasıdır. İnsanlar illərlə yaşadıqları kənddə öz torpaqları ilə bağlı heç bir qərarda iştirak edə bilmirlər. Toplantılar keçirilmir, hesabatlar dərc olunmur, bələdiyyə sədrləri seçildikdən sonra sadəcə “kabinet sədri”nə çevrilirlər.

dogruxeber.tv” bildirir ki, bəzi bölgələrdə bələdiyyələrin fəaliyyətsizliyi nəticəsində torpaqla bağlı yüzlərlə mübahisə məhkəmə müstəvisinə daşınıb. Əhalinin hüquqlarının təmin olunması üçün nəzərdə tutulan bu qurumlar əksinə, hüquq pozuntularının mərkəzinə çevrilib. Yerli özünüidarəetmə prinsipi isə kağız üzərində qalır.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər