Gecə saat 3-də oyanmaq: Bədən yoxsa ruh çağırır?

Gecənin qaranlığında, səssizliyin içində birdən gözlərini açırsan. Vaxt saat 3:00. Nə təsadüfdür, nə də sadə yuxu pozuntusu. Bəzi insanlar bunu bioloji saatın təsiri kimi görsələr də, əsrlər boyu bu saatın ətrafında yaranmış mifologiya, ruhani inanclar və enerjiyə dair fikirlər onu daha çox simvolik bir çağırış kimi yozur.

dogruxeber.tv” yazır ki, bu vaxt aralığı yalnız bədənin deyil, həm də ruhun və enerjinin müəyyən siqnallar verdiyi bir zamandır.

Tibbi və bioloji baxış bu hadisəni dövrü bioritm və ya sirkadiyan ritm ilə izah edir. İnsan bədəni gün ərzində hormonlara, orqan fəaliyyətinə və temperatur dəyişikliklərinə görə müəyyən dövrlərdən keçir. Gecə saat 3 radələrində xüsusilə qaraciyər, ağciyər və mədəaltı vəzi daha aktiv olur. Eləcə də bu saatlarda melatonin hormonunun səviyyəsi yüksək, kortizol isə aşağı olur ki, bu da emosional həssaslıq və dərin yuxu fazasını təsirləndirir. Yəni bədən bu anda ən dərin istirahət fazasına keçməlidir. Lakin əgər bu saatda oyanırsansa, ya daxili balans pozulub, ya da enerji səviyyəsində nəsə səni narahat edir.

dogruxeber.tv” bildirir ki, bir çox mistik məktəblərdə və ezoterik inanclarda saat 3:00 – “ruh pəncərəsi”, “enerji ayılması”, bəzən isə “şeytani saat” adlandırılır. Bunun səbəbi həm fiziki dünyanın sakitliyə qərq olması, həm də görünməz enerjilərin daha rahat fəaliyyət göstərməsi ilə bağlıdır. Bəzi ruhani inanclarda deyilir ki, bu saatda yuxu ilə reallıq arasındakı pərdə nazikləşir və bu zaman insan şüuru daha açıq, daha müdafiəsiz hala gəlir. Bu səbəbdən də intuitiv hissiyatlar güclənir, qəribə yuxular və ya astral təsirlər baş verir.

Psixoloji yanaşmada bu oyanmalar bəzən təkrarlanan travmalar, şüuraltı narahatlıq və ya emosional blokajlar ilə əlaqələndirilir. Saat 3-də tez-tez oyanan insanın bəzən dayaz şəkildə keçmiş yaşantılarla, bastırılmış qorxularla və ya emosional çətinliklərlə üz-üzə gəldiyi düşünülür. Bu zaman bədən deyil, şüuraltı “oyanır”. Bəzən də bu oyanış “daxili transformasiya”nın başlanğıcı kimi qəbul olunur — insan ruhunun daha dərin qatlarına enməyə hazırlaşdığı an.

Bədən və ruh — bir-birinə paralel işləyən iki sistem deyil, bir-birinə daxil olmuş vahid bir enerji çərçivəsidir. Hər biri digərinin əksini yansıdar. Gecə saat 3-də birdən ayılmaq – bəzən sadəcə bir orqanın xəbərdarlığıdır, bəzən isə ruhun içindəki daha yüksək sistemin səni çağırmasıdır.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər