Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXIII hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)

İYİRMİ ÜÇÜNCÜ HİSSƏ


Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22
Şairin mənzum hekayətlərini oxuduqca bir daha əmin oluruq ki, Xalidə Hicran nəinki folklorumuzu dərindən mənimsəmiş, hətta onun bir çox özəlliklərini də gözəl öyrənmişdir. Belə özəlliklərdən biri də bizim folklorumuzun başqa Türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olmasıdır. Bu qardaş xalqların şifahi söz sənətində, folklorunda bir çox movzuların və mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsi və oxşar adət- ənənələrin, mədəniyyətlərin bir-birinə yaxın olmasıdır.
Xalidə Hicranın mənzum hekayətlərinin üstün cəhətlərindən biri də məhz bu örnəklərin bu və ya digər formada özündə əks olunmasıdır. Xalq müdrikliyinin ifadəsi, nəsihətli fikirlər və məqamlar bu hekayətlərin təsir gücünü və əhəmiyyətini daha da artırır.
Müxtəlif mövzuları əhatə edən bu hekayətlər real həyat həqiqətlərini və detallarını sadə, şirin, ruhu oxşayan bir dildə nəzmə çəkilməsi oxucuların diqqətini asananlıqla özünə cəlb edir, onların marağına səbəb olur. “ Allaha təvəkkül”, “ Həzrəti Musa və kəndlilər”, “Sevgiylə gələr islama pənah”, “Allah qonağı”, “ Bəxt yoxsa ağıl?”, “ Bostançı”, “ Əmir Teymurun fəlsəfəsi”, “ Qısqanclıq” və.s. belə maraqlı və məzmunlu hekayətlərdəndir.
“Xöşbəxtlik axtaran” hekayətində müəllif ta qədim zamanlardan bəri insanları düşündürən xöşbəxtlk məsələsinə toxunub. Xöşbaxtlik nədir? İnsanlar onu necə dərk edir və nədə görürlər? Ümumiyyətlə, xöşbəxtlik varmı? Hekayətin qəhrəmani yaşlı bir kişi bu suallara aydınlıq gətirmək və xöşbəxtliyin olub-olmadığını öyrənmək üçün bütün dünynı dolaşır, ancaq nə qədər gəzir, kiminlə görüşürsə suala cavab tapa bilmir.

Gəzdi bütün dünyanı,
Gəzdi el – obanı,
Gəzdi böyük şəhərlər,
Gəzdi balaca kəndlər,
Yer qalmadı gəzməyə,
Gəzdi hey birər- birər.

Xeyli gəzdikdən sonra kişi gəlib bir ağacın kölgəsində oturur. Dərindən köks ötürür. Öz-özünə fikirləşir ki, görəsən yəni doğrudanmı bu dünyada xöşbəxt olan bir nəfər yoxdur? Elə bu vaxt qulağına hardansa nəğmə səsi gəlir.

Baxdı o səs tərəfə,
Gördü bir cavandı o.
Qoca durdu ayağa,
Yaxınlaşdı cavana,
Baxdı başdan ayağa.
Ürəyi yandı ona.
Halal zəhmət izləri,
Üz- gözündən axan tər.
Toz basmış sifətindən
Damla- damla tər olub,
Əkəcəyi toxum tək,
Torpağa səpilirdi.
Köynəyi cırılmışdı,
Şalvarı yamaq- yamaq,
Əlində kotan, dırmaq,
Günəşdən qorunmağa,
Başında yoxdur papaq.

Bir sözlə, oğlan qan tərin içərisində işləyir, nəğmə oxuyur, şənlənirdi. Kişinin ona bərk yazığı gəldi, amma üzünə vurmadı. Astadan soruşdu: “ Cavan oğlan, mən bu dünyada xöşbəxt bir adam axtrıram, onu gördünmü sən? Oğlan başını qaldırıb gülə-gülə dedi:

Xöşbəxt dediyin adam,
Elə mənim özüməm.
Heç axtarma sən onu,
Heç dolaşma dünyanı,
Tapdığın, axtardığın,
O adam elə mənəm.
Dünyanın ən xöşbaxti,
Həm də bəxtiyarıyam.
Üçdə alacağım yox.
Beşdə verəcəyim yox,
Zəhmətimlə çörəyim,
Ekiz tayımdır mənim.
Birlikdə çalışırıq,
Bəy kimi dolanırıq.

Kişi dlqqətlə oğlana baxıb gülümsündü, sonra yoluna davam etdi. Amma nə qədər axtardısa, gəzib dolaşdısa bir nəticə olmadı. Axırda belə qərara gəldi ki, xöşbəxtliyi heç uzaqlarda axtarmaq lazım deyil, o hardsa elə insana yaxın olur. Sadəcə onu görüb, duyub qiymətləndirmək və dəyərləndirmək lazındir. Əlinin qabarı, alnının təri ilə nəğmə oxuya- oxuya işləyən o cavan oğlan kimi:

Mən xöşbəxtəm deyirsə,
Xöşbəxtlərin xöşbəxti,
Elə mənəm bilirsə-
Daha nə deyim ona,
Xöşbəxt insan oğluna?

İlk baxışda bəlkə də hekayətdə çox adi və sadə görünən xöşbəxtlik məsələsi həmişə insanları düşündürüb və düşündürür. Çünki bu bir həyat tərzi olaraq hər kəs ona fərqli yanaşır, fərqli görür və fərqli təsəvvür edir. Kimisi hardasa uzaqlarda, yerdə, göydə, kimisi də öz içində, işində, əməlində axtarır. Müəllif klassik formada, zəhmətkeş oğlanın timsalında bu məsələni ustalıqla həll etmişdir. Hekayəti oxumaq daha maraqlıdır.
“Qoca və şah” hekayətində isə Xalidə Hicran çox ibratamiz bir məsələyə toxunmuşdur.Bu mövzu əsrlər boyu yazıçı və şairlərimizi düşündürmüşdür. Belə rəvayət edirlər ki, qədim zamanlarda, böyük şəhərlərin birində güclü yağış yağır, tufan qopur. Külək, sel –su dağları, təpələri yuyur, hər tərəfi, məzarlığı dağıdır, sümüklər ətrafa səpələnir. İnsnlar olmazın əziyyətini çəkir, çoxu evsiz-eşiksiz qalır. Əhvalatdan xəbər tutan şah hadisə yerinə gəlir. Camaat onun başına yığılır, təzim edir, əl-ayağına düşür, əlindən, ətəyindən öpürlər. Nurani yaşlı bir kişi isə kənarda dayanıb onlara baxır. Bu, şahın diqqətindən yayınmır. Çox qəddar və amansız olduğundan dərhal onu öıdürmək istəyir. Amma camaatın təzyiqindən qorxub fikrini dəyişir, hüzuruna çağırıb məzəmmət edir. Ahil kişi deyir:

Ey məntək adi bəndə, fələk salar kəməndə,
Bu dünyaya ağalıq, nə səndədi, nə məndə.

***
Gücün çatır gəl ayır, bu sümüklər kimindir?
De, hansı hökmdarın, hansı dilənçinindir?

***
Ayırsan sümükləri, əmrinə müntəzirəm,
Ayırmasan deməli, sənlə tən gəlirəm.

Deyirlər ahıl kişinin bu sözündən sonra şah dərin fikrə gedir. Yerə səpələnmiş insan sümüklərinə baxır və həmin gündən sonra çox ədalətli bir şaha çevrilir. Onun dediyi bir beyt dillər əzbəri olur:

Ey dünyaya göz açan, məndən sonrakı şahlar,
Sonumuz ki, eynidir,nökər, şah, nə fərqi var?


Böyük məmnunluqla deyərdim ki, Xalidə Hicranın “Qoca və şah” hekayəti öz mövzusuna, ideyasına və bədii həllinə görə Nizami Gəncəvinin “ Kərpic kəsən kişinin dastanı”na çox yaxındır. Və hər iki əsər olduqca dəyərli və səciyyəvidir.
Əsərdə verilmiş irili-xırdalı hekayətlərin hamısının öz yeri, mənası və əhəmiyyəti vardır. Bu mənada “Yoxsul adam” hekayəti çox maraqlıdır. Əsərdə qoyulan mövzu bəlkə də çoxlarına tanışdır. Amma onun yazılışı, qoyulan məsələyə münasibət tamam fərqlidir. Şair burda bəxt, tale, qismət məsələsini qaldırır. Bu movzu bütün zamanlada insanları düşündürmüş, fərqli fikirlər və yanaşmalar olmuşdur. Hekayətin qəhrəmanı çox kasıb, yoxsul,amma olduqca qürurlu, yaşlı bir kişidir. Kimsəyə əl açmaz, kimsədən pay götürməzdi. Bunu kənddə hamı bilirdi. Ona görə də bir gün bir yerə yığılıb qərara gəlirlər ki, bir boxça pay yığıb onun gedib-gəldiyi körpünün üstünə qoysunlar. O da körpüdən keçəndə bunu Allahın payı bilib götürsün. Elə də edirlər. Kişi körpüyə yaxınlaşanda düşünür ki, görəsən ya Allah, korlar bu körpüdən necə keçirlər? Odur ki, gözlərini yumur və içi dolu boxçanın yanından keçib gedir. Beləliklə, insanların topladığı sovqat ona qismət olmur.

Ey övladım, istərsə o böyük pərvərdigar,
Gözlərini bağlamaz, gizlini edər aşikar.

***
Əgər əmr gəlibsə o böyük Yaradandan,
Bil ki,axtarmadan da taparsan astanadan.

Tamamilə düzgün fikirdir. “Quran Kerim” də yazılır: “ Allah istəməsə, Siz istəyə bilməzsiniz. Həqiqətən Allah biləndir, hökm və hikmət sahibidir”.( İnsan surəsi, 30 ).
Xalidə Hicran istedadının gücü yalnız onun şairliyində və rəssamlığında deyil, həm də onun geniş dünyagörüşündə, elmi, fəlsəfi və dini baxışlarında və dərin düşüncələrindədir. Bu hekayətində o, bir çox ciddi məsələlərə aydınlıq gətirib. Deyim ki, ABŞ Kaliforniya Universitetinin neyrofizioloqlarından biri olan Bemjamin Libet 1973- cüildə apardığı təcrübələr nəticəsində bütün qərar və seçimlərimizin əvvəlcədən müəyyənləşdirildiyini, şüurun isə hər şey baş verib qurtardıqdan yarım saniyə sonra hərəkətə gəldiyini ortaya qoymuşdu. Başqa neyrofizioloqlar da bu halı şüurumuzun bütün baş verənləri yarım saniyədən sonra göstərilən monitor kimi olduğu çəkildə izah edirlər.
Xalidə Hicranın fikri eyni zamanda insanların başına gələcək şeyləri ehtiva edən “ Lövh-i Mahfuz” kitabında da ifadə olunur. Onu da qeyd edim ki, “ Lövh-i Mahfuz” “Quran Kerim”də qeyd edilmişdir (Buruc, 22 ). Ktabda yazılır: “ Hər şeyin yalnız Allahın iradəsi ilə həll olunmasına, yalnız onun yaradan olmasına iman gətirməkdir”
Məhəmməd peyğəmbərin səhabəsi, yəni onun ən yaxın adamı, dostu, yoldaşı Ubade ibn Samit oğlu Vahid ibn Ubade yazdığı məktuba deyir: “ Ey oğul,həqiqətən sənin başına gələn səndən yan keçməməli olduğunu və səndən yan keçən ( şeylərin ) də sənin başına gəlməməli olduğunu bilməyincə,həqiqi iman dada bilməzsən”
Fikrimcə, bunların izahata ehtiyacı yoxdur. Yəni Allahın iradəsindən kənarda heç nə mövcud deyil və heç nə ola bilməz.

Xalidə Hicranın “ Hikmət xəzinəsi” kitablarını oxuyub qurtardıqan sonra xeyli fikrə getdim. Sanki hansısa uzun bir səfərdən qayıtmışdım. Gördüklərim, oxuduqlarım, duyduqlarım mənim üçün çox maraqlı idi. Deyərdim ki, lap möcüzə idi. Mən dünyanın bir neçə möcüzəsini görmüşəm. İlk dəfə İsgəndəriyyə mayakına, Misir ehramlarına, möhtəşəm Çin səddinə baxanda çox heyrətlənmişdim. Səmimi deyim ki, “ Hikmət xəzinəsi”i də mənə belə möcüzə göründü. Göründü və yaddaşıma əbədi həkk olundu. Sanki özümü daha hazırlıqlı, daha bilikli, savadlı və güvənli hiss edirdim. Hiss edirdim ki, sanki hansısa yeni bir Univerisitet, hansisa bir həyat məktəbi qurtarmışm. Və eyni zamanda mənə elə gəlirdi ki, hansısa ətirli-təravətli, güllü- çiçəkli,olduqca gözəl, insan qəlbini oxşayan, ona ruhi rahatlıq gətirən əsrarəngiz və möcüzəli bir diyardan gəlmişdim. Öz-zöümə fikirləşirdim ki, şükür sənə,İlahi, necə istedadlı insanlar xəlq etmisən. İnsan qəlbinin, insan ruhunun ən incə məqamlarına toxunan, sözün sehri, gücü ilə xoş hisslər oyadan, ağlın, zəkanın poetik tərənnümü ilə onların yaxın dostuna , məsləhətçisinə çevrilən belə bir insan xəlq etdiyinə görə , sənə min şükür, İlahi!.. Həyat belə insanlarla gözəlləşir, mənalanır. İnsan ömrünə, insan həyatına əlavə dəyərlər və çalarlar bəxş edir. Və bütün eybəcərliklər bu gözəlliklər və dəyərlər içərisində əriyib yox olur. İnsan öz mənəvi gözəlliyi, ecazkar sənəti, ləyaqəti və istedadı ilə UluTanrının verdiyi ucalığa qədər yüksəlir.

***


Xalidə Hicranın “Hikmət xəzinəsi” kitablarından az sonra “Hicrannamə” əsərini oxudum. Kitab haqqında yazmazdan əvvəl bəzi fikirlərimi və bəzi məsələləri hormətli oxucularımızla bölüşmək istəyirəm. Bu, nədən ibarətdir? Mənim fikrimcə, Xalidə Hicran ən azı son 80-90 il ərzində yalnız klassik üslubda və klassik ədəbiyyata xas ardıcıl və sistemli şəkildə yazıb – yaradan yeganə xanım şairdir. Və yeganə fitri istedadlı xanimdır ki, peşəkar rəssam və şair kimi hər iki yaradıcı sənətin öhdəsindən bacarıqla gələrək yüksək zirvələr fəth etmək gücündədir. O, her şeyə öz yenilməz gücü, polad iradəsi, ağıl və istəyi ilə nail olmuşdur. Yuxusuz gecələr, narahat , əzablı günlər keçirmişdir. Xalidə Hicran kitabın “ Müəllifdən” olan bölümündə yazır; “ Oxuduğum qalaq-qalaq kitablar bir yerə yığılsaydı dağ kimi görünərdi. Bəzi kitablara qadağa qoyulsa da onları gecələr yastığlma düşən nazik işıq xəttində oxuyardım. Evimizdə kitabdan çox heç nə yox idi. Bu kitabların da mənim bir insan kimi formalaşmağımda rolu böyük oldu. Bütün həyatım boyu amalım düzgünlük, halal yaşayıb halal yemək və təmiz sevgi , sədaqət oldu”.

Oxunub: 946

Son xəbərlər

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Bütün xəbərlər