Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

Vergi borcu olan şirkət eyni qurumdan 3 iri tenderin qalibi oldu

dogruxeber.tv: - Araşdırmamız zamanı məlum olub ki, “REGİONAL SU MELİORASİYA XİDMƏTİ” Publik Hüquqi Şəxsinin elan etdiyi son tenderlərin qalibi eyni şirkət – “AZTİKİNTİSERVİS” MMC olub.

Şirkət Vağazin U-15 kanalının üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə tenderin qalibi seçilib və tərəflər arasında 199.769,63 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.

Araşdırma zamanı məlum olub ki, şirkətin dövlətə 17.319,65 AZN vergi borcu var. Buna baxmayaraq, son 4 gün ərzində eyni qurumdan “AZTİKİNTİSERVİS” MMC daha iki iri tenderin də qalibi olub:

Torpaq məcralı (Q=1,5 kbm/san) Qıraq Kəsəmən arxının (L=1,5 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satın alınması – 157.182,42 AZN (Yekunlaşma tarixi: 22.07.2025, 23:45)
Balaca Bazı LR-8 markalı nov kanalının (PK00+00÷PK14+00, L=1,4 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri (İmişli rayonu) – 196.210,51 AZN (Yekunlaşma tarixi: 22.07.2025, 20:40)
Beləliklə, cəmi 4 gün ərzində “AZTİKİNTİSERVİS” MMC 3 tender üzrə ümumilikdə 553 min AZN-dən çox dəyərində müqavilə bağlamaq üzrədir.

Bildirək ki, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır və onun qanuni təmsilçisi Paşa Papaqçıyev Yusif oğludur.

Qeyd edək ki, ötən ay da şirkətin külli miqdarda vergi borcu olmasına baxmayaraq sözü gedən qurumdan tenderlər udmuşdu.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.// 32gun.az

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

Oxunub: 567

Son xəbərlər

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bütün xəbərlər