Partlayış olan binanın sakinlərinə kirayə pulu veriləcək

Bakının Nizami rayonunda Əli Vəliyev küçəsində partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək.

"dogruxeber.tv" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakının Nizami rayonunda Əli Vəliyev küçəsində yerləşən binada ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış baş verib: "Hadisə beşmərtəbəli binanın sonuncu mərtəbəsində birotaqlı mənzildə baş verib. Hadisə nəticəsində ağır xəsarət alan və həyatını itirən olmayıb, lakin binanın birinci girişinin dörd və beşinci mərtəbələri qəzalı vəziyyətə düşüb. Orada xilasetmə işləri aparılıb, əhali təxliyə edilib, bina nəzarətə götürülərək bütün kommunikasiya xətləri kəsilib. Müəyyən olunub ki, birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb. Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. Layihə, smeta sənədləri hazırlanacaq, binanın bərpa işlərinə başlanılacaq. Binanın bərpası müddətində birinci girişdə yaşayan 15 mənzilin sakinlərinin müvəqqəti yaşayışı üçün kirayə haqları ödəniləcək. Çalışacayıq ki, bu işləri qısa müddətdə başa çatdıraq və sakinləri öz evlərinə qaytaraq".

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər