gundem / Səhiyyə / Cəmiyyət
2.09.2025
Məlhəm Hospitalda pozuntu aşkarlandı
dogruxeber.tv: - Məlhəm Beynəlxalq Hospitalı maliyyə sanksiyası ilə üzləşib.
Hospitalda həyata keçirilən operativ vergi nəzarəti üzrə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olun-olunmaması yoxlanılıb.
Sonda tərtib edilən akta əsasən hospitala 1 128,10 manat maliyyə sanksiyası tətbiq olunub.
Məlhəm Beynəlxalaq Hospitalı vergi sitemində “Məlhəm Beynəlxalq Hospitalı” MMC kimi qeydiyyatdadır. MMC 13 aprel 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 51 484 225 manatdır. MMC-nun qanuni təmsilçisi Əlizadə Fuad Qədim oğludur.//Qaynarinfo.az



