Təmtəraqlı islahatlar, səssiz nəticələr: Rəqəmlərlə aparılan illüziya

Müasir dövrdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda “islahat” anlayışı gündəlik idarəçilik dilinin ən işlək terminlərindən birinə çevrilib. İllərdir davam edən bu ritorika ilə birlikdə ard-arda strateji sənədlər, proqramlar, yol xəritələri və qanun dəyişiklikləri təqdim olunur. Hər bir yeni qərar təqdim edilərkən cəmiyyətə inkişafın növbəti mərhələsi vəd edilir. Lakin zaman keçdikcə bu islahatların əksəriyyəti ya kağız üzərində qalır, ya da gündəlik həyatın axarında nəzərə çarpmır.

dogruxeber.tv” yazır ki, rəsmi hesabatlardakı yüzlərlə göstəriciyə baxmayaraq, reallıqda ictimai narazılıq, etimadsızlıq və sosial yüklənmə azalmır, əksinə artır.

Ən diqqətçəkən məqamlardan biri odur ki, islahatların nəticələri daha çox rəqəmlərlə əsaslandırılır. Faizlərlə ölçülən “irəliləyiş”, infografikalarda göstərilən “təkmilləşmə”, açılış mərasimlərində səsləndirilən “müasir yanaşmalar” sanki dəyişimin özü kimi təqdim olunur.

dogruxeber.tv” əməkdaşlarının müşahidələrinə əsasən, bu illüziyanın içində əhali real təkmilləşməni deyil, yalnız təqdimat üslubundakı dəyişiklikləri hiss edir. İslahatın ən vacib komponenti olan sosial ədalət, şəffaflıq və effektivlik çox vaxt kənarda qalır.

Xüsusilə təhsil, səhiyyə və sosial təminat sahələrində həyata keçirilən dəyişikliklər formal xarakter daşımaqda davam edir. Yeni adlar, yeni platformalar və yeni sistemlər təqdim olunsa da, köhnə problemlər yerində qalır. Vətəndaş gündəlik həyatında süründürməçilik, məsuliyyətsizlik, mexaniki xidmət və etinasız yanaşma ilə üzləşməyə davam edir. Bu isə islahatın yalnız struktur deyil, mental səviyyədə də tətbiq edilməli olduğunu göstərir.

İslahatlar təntənə ilə elan olunmamalı, sakit və ardıcıl şəkildə həyata keçirilməlidir. Onun məqsədi dəyişmək deyil, yaxşılaşmaqdır. Təmtəraqlı təqdimatlar, süni uğur göstəriciləri və sosial media postları ilə yaradılan inkişaf görüntüsü əhalinin gerçək ehtiyaclarını qarşılamır. Əksinə, bu illüziya nəticələrin yoxluğunu daha da görünən edir. Hər islahat, əgər onu sadə insan gündəlik həyatında hiss etmirsə, yalnız söz olaraq qalır.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər