Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

"dogruxeber.tv" xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhərinin bir sıra təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə görüş keçirilib. Ənənəvi görüşdə 2025-2026-cı tədris ili üzrə planlar, hədəflər, fəaliyyət istiqaməti və digər məsələlər müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi polkovnik Azər Babayev yeni tədris ilində çağırışaqədərki hazırlıq fənninin prioritetləri, qanunvericilikdə olan dəyişikliklər, ilkin hərbi qeydiyyat, bir sıra xidmətlərin elektronlaşması və digər mühüm məsələlər haqqında danışıb.

“Çağırışaqədərki hazırlıq” dərsliklərinin müəllifi Qılman Eyvazov çıxış edərək tədris planlaması, metodik vəsaitlər, fənnin əhəmiyyəti, şagirdlərin həvəsləndirilməsi, hərbi-idman və hərbi-bilik yarışlarının təşkili barədə danışıb.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclərin vətənpərvərliyindən, maarifləndirmənin əhəmiyyətindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının artırılması barədə geniş məlumat verib.

Daha sonra Xidmətin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov xaricdə təhsil, təhsilə görə verilən möhlət, xidmətlərin rəqəmsallaşması, “mygov” platforması üzərindən göstərilən xidmətlər haqqında danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, 2025-2026-cı tədris ilinin başlanmasına qədər digər rayonlardan olan təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə də analoji görüşlər keçiriləcək.

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Son xəbərlər

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Bütün xəbərlər