Sürətlənən zaman – Həyatın içindən sürüşüb gedən günlər

Bir zamanlar gözlədiyimiz bayramlar, aylarla çəkən tətil günləri, əsəbi keçən dərs saatları indi illər kimi yox, saatlar kimi keçir. Vaxt vardı, bir gün bitmək bilməzdi – indi isə aylar necə gəlib keçir, hiss olunmur. Uşaqkən səhərin necə gəldiyini gözləyərdik. İndi isə səhər açılır, gün keçir, axşam olur və biz bircə an belə nəfəs almadığımızı, bəlkə də yaşamadığımızı anlayırıq. Zaman sanki sürətlənib. Lakin saatlar dəyişməyib, tək dəyişən bizik.

"dogruxeber.tv" olaraq bu dəyişimin psixoloji və həyati səbəblərinə daha dərindən baxmaq istədik.

İnsan yaşa dolduqca, vaxtı fərqli hiss edir. Uşaq üçün bir il – həyatı qədər uzun görünür. Böyüklər üçünsə bir il, sadəcə növbəti təqvim vərəqi. Səbəb isə yaddaş və şüurun zamanla olan əlaqəsində gizlidir. Uşaqkən hər şey yenidir – ilk qar, ilk məktəb, ilk dostluq... Hər bir yeni təcrübə beyində zaman izləri yaradır. Bu izlər nə qədər çoxdursa, zaman bir o qədər “uzun” hiss olunur. Amma böyüdükcə həyat təkrarlarla dolur. Günlər eyni başlayır, eyni bitir. Beyin yeni heç nə öyrənmədikcə, keçmişi daha qısa kimi xatırlayır. Zaman keçib, amma yaddaşda yer tutmayıb. Ona görə də sürətlənmiş kimi görünür.

Zamanın sürətlənməsi təkcə yaşla bağlı deyil. Texnologiya da bu hissi dərinləşdirir. Hər gün minlərlə görüntü, xəbər, bildiriş, səs, mesaj, sosial media postu – bunların heç biri beyində sabit yer tutmur. Amma biz bütün bu axının içində, dayanmaq bilmədən sürüklənirik. Bədən burada, fikir başqa yerdədir. Anı yaşamırıq. Sadəcə keçirik. Vaxtsa keçdikcə, keçməmiş kimi görünür.

Zamanın sürətlənməsi həm də ruh halıdır. Depressiya, stress və ya ağır emosional vəziyyətlərdə zaman ya dayanır, ya da qaçır. İnsan bədbəxt olanda bir gün bir ay kimi çəkə bilər. Amma illərlə davam edən monoton həyatın içində zaman sanki su kimi axır və insan sadəcə axının bir hissəsinə çevrilir.

"dogruxeber.tv" bu cür hallarda psixoloji tükənmənin, zaman hissinin itməsi ilə necə paralel getdiyini müşahidə edir.

Sürətlənən zaman bizə bir mesaj verir: dayan, bax, hiss et. Çünki hiss olunmayan zaman, yaşanmamış ömür kimidir. Keçmişin bir səssiz filmi kimi yadımıza düşən illər – bəlkə də həyatın bizi xəbərdar etdiyi xatırlatmalardır.

Zaman dəyişməyib. Eyni saniyələr, eyni saatlar, eyni günlər. Amma biz dəyişmişik. Həyat tələsik yaşandıqca, zaman da sanki qaçır. Əslində qaçan bizik – özümüzdən, həyatın özündən.

Son xəbərlər

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Bütün xəbərlər