“Atlas Medikal”da həkim olmayanlar pasiyentləri necə müayinə edir?

“Atlas Medical Center”də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlama aparılıb.

"dogruxeber.tv"ın Xalq-a istinad məlumatına görə vətəndaşın şikayəti əsasında Xətai prospekti, 37B ünvanında yerləşən “Atlas Medikal” tibb mərkəzində yoxlama həyata keçirilib.

Belə ki, F.S. adlı şəxs “Atlas Medikal” tibb mərkəzində uroloq-androloq vəzifəsində çalışmış Soltanova soyadlı həkimə müraciət edib. Xəstə iddia edib ki, həmin həkimin yazdığı dərman müalicəsində ona mənfi təsir göstərib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən sözügedən şikayət əsasında “Atlas Medical Center”də aparılan yoxlama zamanı pozuntular aşkarlanıb. Yoxlama zamanı həkimin klinikada ixtisasına uyğun olmayan “uroloji” ixtisas üzrə fəaliyyət göstəridiyi müəyyən olunub. Həmçinin sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanıb.

Məhkəminin qərarı ilə “Atlas Medical Center” tibb mərkəzinin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Atlas Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Əliyeva Əsli Əkbər qızıdır. Hazırda klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 165137.08 AZN vergi borcu var. MMC-yə operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, əvvəlcə 1000, sonra 3000 manat maliyyə sanksiyası tətbiq edilib.(Xalq.online)

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər