Qobu torpaqlarının sirri: qəbristanlıqdan bazara uzanan yol

Qanun adətən sadə vətəndaşın üstünə ildırım sürəti ilə enir. Bir kəndli həyətində toyuq hini tikmək istəsə, bir göz qırpımında “dövlətin qanun keşikçiləri” ayağının altında olur. İddia isə hazırdır: “Sən qanunu pozmusan, cəzalandırılmalısan!” Amma məsələ bələdiyyə sədrinə gəldikdə, nədənsə həmin qanun birdən-birə yuxuya gedir. Sanki qanunun da öz tanışı, öz “xüsusi adamları” var.

"DogruXeber.tv"ın apardığı araşdırmalar bir daha təsdiq edir ki, Qobu qəsəbəsi bələdiyyə sədrinin əlində bir növ şəxsi təsərrüfata çevrilib. Qəbiristanlıqlardan tutmuş örüş sahələrinə qədər satılan torpaqlar, dövlət əmlakının qohum-əqrəba adlarına keçirilməsi və bu ərazilərin sonradan “yağlı tikə” kimi satışa çıxarılması artıq sirr deyil. Qəsəbə sakinləri isə əvvəlcə ümid edirdilər ki, yeni sədr Araz Nəcəfov sələfinin “qara tarixçəsini” təkrarlamayacaq. Amma indi deyirlər: “Əvvəlki sədrin əməl dəftərinə rəhmət oxutdurur.”

Əslində Araz bəyin bu qədər “fəaliyyətli” olmasına təəccüblənməyə dəyməz. Çünki bizdə vəzifə kreslosuna oturmaq üçün savad, bilik, təcrübə əsas şərt deyil. Yetər ki, “fərasət” olsun. Ən əsası isə qanunun boşluqlarını bilib, o boşluqları şəxsi ciblə doldurmaq bacarıq olsun. Necə demişlər: “Şakaya pul lazımdır!” Araz bəy də görünür ki, “şaka”nın ustasıdır – dövlət torpağını qohumlarının adına keçirir, sonra da elə onların əli ilə satdırır. Beləliklə, həm qanun kənardan pozulmur kimi görünür, həm də qazanc “yağ kimi” keçir cibə.

Burada ən maraqlısı budur ki, "DogruXeber.tv" tərəfindən toplanan audio-səs yazıları, foto və digər sübutlar artıq aylarla Ədliyyə Nazirliyi, Baş Prokurorluq və DTX-ya göndərilib. Amma hələ də bu qurumlardan səs-səmir çıxmır. Bəs necə olur ki, vətəndaşın bir toyuq hinini qanun dərhal “axtarır”, amma bir bələdiyyə sədri açıq-aşkar dövlət əmlakını talayanda qanun birdən-birə kor və kar olur?

Qəsəbədə dolaşan şayiələrə görə Araz bəy daha yüksək vəzifə hədəfləyir. Əslində bu da məntiqlidir. Axı bizdə çox vaxt qanunsuzluqlarda “ustadlıq” edənlər daha yuxarı pilləyə yüksəlirlər. Sanki qanunsuzluq bir təcrübə məktəbidir – kim daha çox yeyib-içibsə, kim daha çox satıb-qazanc götürübsə, bir gün mütləq “təltif” olunur.

Əgər sadə vətəndaşın toyuq hini tikməsi qanunu pozursa, bəs bələdiyyə sədrinin dövlət torpaqlarını talan etməsi hansı qanunun maddəsinə düşür? Yoxsa bizdə qanun yalnız kasıbın üstünə işləyir, imkanlının üstünə isə heç vaxt? Qobu sakinlərinin gözlədiyi isə təkcə torpaqların qaytarılması deyil, həm də ədalətin bərpa olunmasıdır. Amma görünür ki, o ədalət hələ ki, yollarda itib.

Nəticə olaraq, Qobu bələdiyyəsi artıq illərdir “bəxti gətirməyən” bir quruma çevrilib. Amma maraqlıdır ki, onun başındakı sədrin isə bəxti daim gətirir. Gözümüz isə hələ də “ədaləti qoruyan” qurumların üzündədir.


Oxunub: 763

Son xəbərlər

Xocavənddə daha 140 ev və binalar təmir olunacaq - 4 ŞİRKƏTƏ 12 MİLYON MANATLIQ SİFARİŞ

AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –FOTOLAR+VİDEO

Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib

Rusiya ilə bağlı SƏRT QƏRAR: Sonuncu konsulluğu da BAĞLANIR

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış – 33 illik araşdırma

Prezidentdən Kamran Əliyevlə bağlı Sərəncam

Tağı İbrahimova 6 il həbs verildi

Kərki kəndi yaxın günlərdə Azərbaycana qaytarılacaq

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

Məktəbləri 7 milyon manata təmir edəcək ŞİRKƏT MƏLUM OLDU - TENDER

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

ŞAD XƏBƏR! Bu şəxslərin əmək pensiyası artacaq

Binəqədidə ağaclar məhv edilir – Foto

Büdcədən səhiyyəyə bu qədər vəsait ayrılacaq

İmişlidə yolları təmir edən yeganə şirkət: “Orion-E” ilə İcra Hakimiyyətini nə bağlayır? –ARAŞDIRMA

Aşağı gəlirli şəxslərlə bağlı QƏRAR – 3 il ərzində…

DİN-dən bank kartları ilə bağlı vətəndaşlara xəbərdarlıq

SOCAR "unikal" sağlamlaşdırma şüarı: "Ya özün get, ya "İmtahan" başqa bir yol yox artıq ?!

"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb

Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək

Gələn il təhsil və elmə 5,2 milyard ayrılacaq

Xıdırlıya növbəti köç karvanı yola salındı

Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur - Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL

 Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... - Daha betərini etdi...

Əhmədzadə işi Elnur Abdullayevi də "vurdu" - sirli media oliqarxı uzaqlaşdırılır

Ramiz Mehdiyevin gəlininin yerinə - Təyinat

Ermənistan-Azərbaycan sərhədinin demarkasiya məsələsi müzakirə edildi

Cəfər Cabbarlının heykəlinin bərpasına 15 min lazımdır - "Azərbaycanfilm"dən çağırış

Bu tədbirlərlə bağlı xərc normaları artırıldı

Baş nazir iki milli parkla bağlı qərar verdi

Bütün xəbərlər