SOCAR-ın keçmiş rəhbərliyi gündəmdə: Mikayıl İsmayılovla bağlı yeni iddialar

DogruXeber.tv: - SOCAR-ın keçmiş rəhbər şəxsləri ilə bağlı yayılan məlumatlar son günlər ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə də qurumun sabiq rəsmisi Adnan Əhmədzadənin həbsi fonunda digər yüksək vəzifəli şəxslər barəsində də müxtəlif iddialar səsləndirilir.

AFN.az-a daxil olan məlumata görə, bu dəfə diqqət SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov üzərində cəmlənib. Xatırladaq ki, M.İsmayılov qurumda işlədiyi illərdə ən çox varidat toplayan məmurlardan biri kimi tanınıb. Onun haqqında mediada və sosial şəbəkələrdə dəfələrlə məlumatlar yayılıb və bu xəbərlərin böyük hissəsi sabiq vitse-prezidentin sərvəti ilə bağlı olub. Hətta bəzi mənbələr onun dünya milyarderlərinin siyahısına düşəcək qədər böyük imkanlara sahib olduğunu iddia edir.

Məsələyə dair məlumat verən mənbə bildirir ki, M.İsmayılovun ailə üzvləri də “əsl milyarderlər” kimi yaşayır. İddialara görə, sabiq vitse-prezidentin xanımı kürd əsilli şəxslə ailə quran yaxın rəfiqəsinə Münhendə qonaqlıq verib. Həmin tədbirin təşkilinə və şənlik zamanı göstərilən qonaqpərvərliyə görə təxminən 1 milyon dollarlıq hesab ödənilib.

Mənbənin sözlərinə görə, Münhen İsmayılovlar ailəsi üçün yad şəhər deyil. Bildirilir ki, ailənin Almaniyanın bu şəhərində 7 müxtəlif obyekti var. Bundan əlavə, M.İsmayılovun Düsseldorf şəhərində də 21 mənzilinin olduğu iddia edilir. Həmin daşınmaz əmlakların icarəyə verilməsi isə ailəyə davamlı gəlir mənbəyi yaradır.

Bütün bu məlumatlar SOCAR-ın rəhbərliyində illərlə çalışan bəzi şəxslərin ölkə xaricində böyük sərvət topladıqları barədə ictimai fikirləri bir daha gücləndirir. Adnan Əhmədzadənin həbsi ilə başlayan proses digər sabiq rəhbər şəxslərin də fəaliyyətinə diqqətin yönəlməsinə səbəb olub.

Bu baxımdan, “Adnan Əhmədzadə tək olmayıb” fikri təsadüfi səslənmir. İndi ictimaiyyətin gözü SOCAR-ın keçmiş rəhbərliyinin digər üzvləri ilə bağlı açıqlanacaq yeni faktlarda olacaq.

Son xəbərlər

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib

Bütün xəbərlər