Ayda pas əmələ gəlir: Alimlər səbəbini açıqladı

Alimlər Ayın səthində gemati­t – yəni dəmir oksidi (pas) aşkar etdikdə böyük təəccüb yaşayıblar. Ayda oksigenin miqdarı çox aşağıdır və belə prosesin baş verməsi mümkün görünmürdü. Yeni araşdırma isə bu sirri izah etməyə çalışır.

"DogruXeber.tv" Phys.org-a istinadən xəbər verir ki, 2020-ci ildə Ayın Yerə tərəf görünən səthində ilk dəfə gəmati­t tapılıb. Mütəxəssislər bunun mümkün səbəbini Yer kürəsinin maqnitosferası ilə əlaqələndiriblər. Belə ki, hər ay təqribən beş gün ərzində Yer Günəşlə Ay arasında yerləşir və həmin vaxt Yer atmosferinin zərrəcikləri Ayın səthinə çata bilir. Bu hadisə "yer küləyi” adlanır.

Alimlər Ayda tapılan dəmir tərkibli mineralları – metal dəmiri, dəmir sulfidini və ilmeniti – laboratoriyada oksigen və hidrogen ionları ilə şüalandırıblar. Nəticədə məlum olub ki:

oksigen ionları bu mineralları oksidləşdirərək gəmati­t yarada bilir;
yüksək enerjili hidrogen ionları isə əksinə, gəmati­ti yenidən metal dəmirə çevirə bilər;
zəif enerjili hidrogen ionları isə bu prosesdə təsirsiz qalır.

Beləliklə, Ayın səthində pasın əmələ gəlməsi oksigen və hidrogen axınlarının gücü və nisbətindən asılıdır.

Tədqiqat müəllifləri qeyd edirlər ki, Ayın torpaq qatında (reqolitdə) olan xırda dəmir mineralları yer küləyi vasitəsilə birbaşa oksidləşməyə məruz qala bilər. Bu zaman yaranan pas optik spektrometriya ilə asanlıqla aşkar olunur.

Eyni zamanda, alimlər xəbərdarlıq edirlər ki, laboratoriya şəraiti Ay mühitini tam əks etdirmir, buna görə də proseslər orada daha mürəkkəb ola bilər.//Qaynarinfo

Son xəbərlər

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib

Bütün xəbərlər