Bu ətlərin satışına icazə verilməyəcək – YENİ QAYDA

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.

Bu, Baş nazir Əli Əsədovun qərarı ilə Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

Yeni qərar hansı dəyişikliklərə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bu qərarın reallaşdırılması tamamilə mümkündür, amma həm inzibati, həm də praktiki tərəfləri var:

“Əgər normativ sənədlərdə bu tələb təsbit olunarsa, bütün ət məhsullarının baytarlıq ekspertizasından keçməsi və yalnız damğa-ştampla satışa buraxılması məcburi olacaq. Bu, həm də ictimai nəzarət və cərimə mexanizmi tələb edir, yəni damğasız ət satışına görə sanksiyalar tətbiq ediləcək.

Şəhərlərdə və iri qəsəbələrdə kəsim məntəqələri və baytarlıq ekspertizası laboratoriyaları artıq mövcuddur, buna görə damğalama asan tətbiq oluna bilər.

Regionlarda və kəndlərdə çətinliklər ola bilər, çünki çox vaxt heyvanlar ev şəraitində kəsilir və satış bazarlarda aparılır. Burada damğalama üçün mobil ekspertiza briqadaları və ya rəsmi kəsim məntəqələri şəbəkəsi qurulmalıdır”.

Müsahibimiz hesab edir ki, damğa və ştampın saxtalaşdırılma riski mövcuddur:

“Bunun üçün xüsusi qoruyucu nişanlar tətbiq edilməlidir. Bütün ölkəni əhatə edən baytarlıq müfəttişlərinin sayı və logistik imkanlar kifayət qədər artırılmalıdır. Əgər mərhələli şəkildə tətbiq olunarsa, 3-5 il ərzində tam reallaşdırmaq mümkündür. Əks halda, birbaşa bütün ölkə üzrə tətbiq etməyə çalışılsa, kəndlərdə və qeyri-rəsmi kəsim yerlərində ciddi müqavimət və çətinliklər yaşana bilər.

Yəni, bu tədbir mümkündür, amma tam effektiv olması üçün kəsim məntəqələrinin genişləndirilməsi, baytarlıq laboratoriyalarının regionlarda artırılması, damğa və ştampın saxtalaşdırılmasına qarşı müasir qoruma sistemlərinin yaradılması, inzibati nəzarət və cərimələrin tətbiqi vacibdir”.

Son xəbərlər

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib

Bütün xəbərlər