"Balaxanı Oil" şirkətinə ŞOK talançılıq İTTİHAMI

DogruXeber.tv: - Adı son zamanlar müxtəlif xoşagəlməz hallarda çəkilən “Balakhani Oil Company” ilə bağlı bu dəfə deputat Razi Nurullayev dilə gəlib.

Anxeber.Az yazır ki, deputat qonaq olduğu TNS internet kanalının efirində şirkət rəhbərliyini sərt tənqid edib, telefonlara cavab vermədiyini, rəhbərliyinin oğurluq, talançılıqla məşğul olduğunu bildirib. Millət vəkili qeyd edib ki, bu şirkət xalqın sərvətinin üzərində oturub xalqa və Milli Məclisə hörmətsizlik edir. R. Nurullayev "Balaxanı Oil” şirkətinin əməllərini araşdırmağa çağırıb. Deputat əlavə edib ki, dəfələrlə şirkətin rəhbəri Rövşən Rzayevə və müavininə zəng edib, amma açan olmayıb: "Necə olur ki, enerji sektoruna aid bir şirkətin rəhbərliyi telefona cavab verməsin?!"

Qeyd edək ki, 2012-ci ildən fəaliyyətdə olan “Balaxanı Operating Company LTD” (BOC) haqda müxtəlif iddialar var. Mediada gedən xəbərlərə görə, ekoloji tədbirlər, ətraf mühitin mühafizəsi, məktəblilər üçün maarifləndirici aksiyalar və bəzən mədəni tədbirlər təşkil edilir. Ancaq bu vitrin görüntüsü, işçi münasibətləri və şəffaflıqla bağlı iddialar fonunda sarsılır.

Şirkət tez-tez işçilərə dəyər verdiyini və onların təhlükəsizliyini ön planda saxladığını bildirir. Hətta Ümumdünya Əməyin Mühafizəsi Günündə keçirilən tədbirlərdə işçilərin hüquqları və sağlamlıq məsələlərinin vacibliyi vurğulanır. Lakin bu açıqlamalara baxmayaraq, real mənzərə tam da bu deyil.

BOC ilə bağlı mediada yayılan çoxsaylı iddialar arasında maaşların gecikdirilməsi və ya qismən ödənilməsi xüsusilə diqqət çəkir. Bəzi keçmiş və hazırkı işçilər maaşların bəzən aylardır verilmədiyini, ödənişlərin isə qeyri-rəsmi yollarla aparıldığını bildirirlər. Bu, yalnız əmək qanunvericiliyinə zidd deyil, həm də şirkətin sosial məsuliyyət anlayışına ciddi zərbədir.

Şirkətdə “qohumbazlıq” məsələsi də gündəmdədir. Müstəqil mənbələrdə yayılan iddialara görə, rəhbər şəxslərin yaxınları və ailə üzvləri mühüm vəzifələrə yerləşdirilir. Bu isə həm daxildə narazılığa, həm də kənardan baxıldıqda şirkətin imicinə xələl gətirir. Bacarıqlı, lakin əlaqəsiz şəxslərin sistemdən kənarda qalması şirkətin inkişafına da mənfi təsir edir. Gecə növbələri, sərt hava şəraitində çöl işləri və bəzən lazımi tibbi və texniki təminatın olmaması insan sağlamlığına ciddi təhlükə yaradır.

Şirkətin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Bütün xəbərlər