Deputatın “EMBAWOOD” şirkəti vətəndaşları necə aldadır? - İDDİA

dogruxeber.tv: - 70 saylı Masallı şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Məşhur Məmmədovun məşhur “Embawood” şirkəti ilə bağlı şikayətlər çoxalmaqdadır. Şirkətin istehsal etdiyi mebellərin keyfiyyətsiz olması ilə bağlı redaksiyamıza üz tutan vətəndaşlar aldıqları mebelləri geri qaytarmaqda çətinlik çəkirlər. Məşhur Məmmədova müraciətlər isə nəticəsiz qalıb. Məsələ ilə bağlı araşdırma aparan Reallıq.tv əməkdaşları Embawood şirkətinin Masallı və Xırdalanda yerləşən mərkəzlərində olublar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.

Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.
2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.

Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb..

Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.

Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur.
Reallıq.tv – yə daxil olan məlumatda qeyd olunur ki, hazırda keyfiyyətsiz məhsulları ilə gündəm olan şirkətin mebelləri xarici ölkələrdən gətirilən mebellərlə yaxın qiymətlə bazara buraxılır.

Deputat Məşhur Məmmədovun şirkətindən narazı qalan işçilər də az deyil. Şirkətdə işlədiyi zaman xəsarət alan vətəndaşın mediada müraciətinin nəticəsiz qalması işçilərin hüquqlarının pozulmasını təsdiq edən faktdır.

Masallıdan deputat seçilən Məşhur Məmmədovun özüünə yaxın seçicilərlə arabir görüşməsi və bu görüşlərin sosial mediada işıqlandırılması sadəcə reklam xarakterlidir. Seçicilərinin problemlərinin həllində heç bir rolu olmayan Məşhur Məmmədovun özü üçün yaratdığı mediada yalan məlumatlar yayması diqqətdən kənarda qalmayıb.

Deputatın şirkəti ilə bağlı şikayətlərə münasibət öyrənmək üçün Embawoodla əlaqə saxlamağa çalışdıq. Şirkətdə zəngimizə cavab verən xanım suallarımızı deputata ünvanlamağı məsləhət bildi. Deputat isə telefon zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. //Reallıq.TV//

Oxunub: 549

Son xəbərlər

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Bütün xəbərlər