Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?”

Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimlinin Biləsuvar rayonuna səfəri və səfərin səbəbi gizlədilib. Səfərin gizlədilməsi M.Kərimli ilə görüşmək, təhsillə bağlı problemləri ona çatdırmaq istəyənləri narazı salıb.

"DogruXeber.tv" xəbər verir ki, bu barədə Feysbukda “Təhsil Forumu” səhifəsində Cəlilabad rayon Günəşli kənd orta məktəbin müəllimi Alim Həmidli məlumat paylaşıb. O bildirib ki, aparat rəhbərinin səfəri Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar rayonu üzrə təhsil sektoru tərəfindən gizlədilib:

“Çox hörmətli Elm və Təhsil Nazirliyinin çox hörmətli aparatının çox hörmətli rəhbəri Mətin bəy Kərimli Biləsuvar rayonuna səfər edib.
Amma səfərin məqsədi, Mətin bəyin gəlişi Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar rayonu üzrə təhsil sektoru tərəfindən gizlin saxlanılıb. Səfər zamanı regional idarə və sektorun şəninə xələl gətirəcək heç bir nüans Mətin bəyin diqqətinə çatdırılmayıb. Çünki həmin problemləri deyə biləcək adamlar Mətin bəydən kilometrlərlə uzaq, aralı saxlanılıb.

Əvəzində isə adi direktorun şantajı nəticəsində geri çəkilib, ona toxuna bilməyənlər inkişafdan, görülən bəh-bəhli işlərdən geniş və ağızdolusu söz açıblar”.

A.Həmidli sual edir ki, bəs M.Kərimli rayona hansı məqsədlə səfər edib:

“Hörmətli Mətin bəy, düzü, bizim kimi şəxslərin sizin kimi şəxslərə nəsə demək ixtiyarı olmasa da, əfvinizə söykənərək soruşmaq istəyirəm – əgər problemləri görməyə, onları həll etməyə, təhsil və təhsil adamları üçün faydalı iş görməyə gəlməmişdinizsə, bəs niyə gəlmişdiniz? “Karvan”da kabab yeməyə?”.//Tribunainfo.az

Son xəbərlər

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Bütün xəbərlər