Azərbaycanda pensiya yaşı yenidən artırıla bilər? - AÇIQLAMA

DogruXeber.tv: - "Hazırda pensiya yaşının artırılması müzakirə olunmur və bununla bağlı hər hansı layihə təqdim edilməyib. Amma pensiya islahatlarının dərinləşməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir".

Bunu açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, urada özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi də vacib istiqamətlərdən hesab olunur:

"İslahatların bu istiqamətdə dərinləşməsi və yeni qərarların qəbul edilməsi gözləniləndir. Strategiyada qeyd edilən məsələlər daha uzunmüddətli dövr üçün nəzərdə tutulub. Bu dövrdə xüsusilə əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir. Hazırda daha çox özəl pensiya fondlarının yaradılması, pensiya-sığorta sisteminin daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə növbəti ildə addımların atılacağı gözlənilir.

Konkret pensiya yaşının dəyişilməsi ilə bağlı hansısa layihə müzakirə olunmayıb. Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanlar və demoqrafik vəziyyəti nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri planlaşdırmağa və sistemləşdirməyə çalışır".

Qeyd edək ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində bildirilib ki, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər. 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 % təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 %-ə çatacağı gözlənilir.

Son xəbərlər

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bütün xəbərlər