Mütəxəssis kolbasaya qatıldığı deyilən ətlər barədə: "Bunu heç heyvana da vermək olmaz"


DogruXeber.tv: - Bir neçə gündür sosial şəbəkələrdə yayılan kolbasa görüntüləri insanlar arasında narahatlıq yaradıb.

Yayılan görüntülərdə Azərbaycan dilində danışan şəxs görüntülərin Moskvada çəkildiyini iddia edib:

“Moskvanın kolbasasını bəyənənlər, bəh-bəhlə yeyənlər, baxın, hamısı kolbasa zavoduna gedir. Sonra da deyirsiniz, Moskvanın kolbasasından yoxdur. Sür-sümükdən kolbasa düzəldirlər” - videoda deyilir.

Görüntülərlə bağlı Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov deyib ki, kolbasa hazırlanarkən tərkibinə sümük və ya sümük tozu qatıla bilməz:

“Bu görüntülərin Rusiyaya, onun hansısa şəhər və vilayətində çəkilməsi barədə bir söz deyə bilmərəm. Amma bilmək olmaz bu görüntülərdəki məhsullar hansısa kolbasa üçündür, yoxsa hansısa heyvanların saxlama yerinə göndəriləcək. Bu haqda məlumatsızıq. Sadəcə “kolbasaya sümük qatmaq olarmı?” sualına gəlsək, Bu, qətiyyən yolverilməzdir. Kolbasaya ətin yeyilən hissələrindən - əzələ, piy hissəsindən qatıla bilər.

Bildiyimiz kimi, kolbasaya jelatın qatılır, amma sümüyü kolbasaya qatıb da hansısa bir dadı almaq məsələsi yoxdur. Kolbasaya sümük, sümüyün ovuntusu və yaxud sümüyün baş hissələrinin qatılması yolverilməzdir. Belə bir texnolgiya da yoxdur”.

İ.Şirinov görüntülərdəki məhsulların nəinki insana, hətta heyvanlara belə verilməsinin doğru olmadığını söyləyib:

“Videoda görünən şəraitdə saxlanılan ətlərin kolbasa istehsalında istifadəsi qəbuledilməzdir. Əvvəla, burada düzgün saxlama şəraitindən söhbət gedə bilməz. Sanitar-gigiyenik normalar pozulub. Videodakı ətlər toyuğun sinə hissəsinə oxşayır. Ətin mənşəyi haqqında bir məlumat yoxdur. Heç bir soyutma sistemi olmadan məhsulalrın bu cür saxlanılmazı da normaların pozulmasıdır və yolverilməzdir.

Bu cür ətləri heyvana apardıqda belə soyuducu sistemdə saxlanılmadan verilməsi düzgün deyil. Anti-sanitar şəraitdə saxlaılan ət və ət məhsullarında mikrob və bakteriyalar inkişaf edir”.//XalqXeber.Az

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər