Təhsil İdarəsindən 95 min manat supulu tələb edilir

DogruXeber.tv: - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX) iddia edir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 95 min manatdan çox supulu borcu var və adıçəkilən qurum illərdir bu pulu ödəmir. Təhsil İdarəsi tam tərsini söyləyib iddia edir ki, keçmiş "Azərsu" onlara əsassız borc yazıb. Bu qurum onlardan istifadə etmədikləri su və kanalizasiya xidmətinə görə külli miqdarda pul tələb edir.

Bakı şəhər Təhsil İdarəsinə 95 min 49 manat borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilsə də, idarə bu pulu ödəmək istəmədiyindən İŞBSTX-ni məhkəməyə verib. İddia ərizəsində sözügedən borcun əsassız hesablandığı deyilir, çünki xəbərdarlıq məktubunda göstərilən su sərfiyyatının hansı əsasla, hansı həcmdə hesablandığı, hansı dövrə aid olduğu göstərilməyib: "Bakı şəhəri üzrə Təhsil İdarəsi bugünə kimi su sərfiyyatı və kanalizasiya xidməti ilə bağlı ödənişləri vaxtlı-vaxtında yerinə yetirib. Sudan istifadə və tullantı suyunun hər kubmetri üçün 1 manat istifadəhaqqı olduğunu nəzərə alsaq, 48 min 329 kubmetr su sərfiyyatının hansı qaydada hesablanması və hansı müddətdə istifadəni əhatə etməsi aydınlaşdırılmamış qalır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəsimi rayon Su-Kanal İdarəsindən verilən elektron qaimələrə əsasən, ay ərzində su sərfiyyatı 300 kubmetri keçməyib".

Borc əsaslıdır, ya əsassız?

Qarşı tərəfsə iddia edir ki, göstərilən məbləğ əsaslıdır və bu borc 1998-ci ilədək olan dövrə aiddir. İŞBSTX-nin nümayəndəsi məhkəmədə bildirib ki, tərəflər arasında 2018-ci ildə üzləşmə aktı imzalanıb və Təhsil İdarəsi borcu etiraf edib: "Borc əsaslıdır və sayğac göstəricilərinə uyğun hesablanıb".

Tərəflər arasında mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məhkəmə Bakı şəhəri üzrə Təhsil İdarəsinə yazılmış 95 min 46 manatlıq borcun əsassız olduğu qənaətinə gələrək silinməsinə qərar verib. Bundan narazı qalan İŞBSTX apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Məhkəmə qərarında vurğulanıb ki, göstərilən rəqəmin gerçəkdən su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır.//neqativ.com

Oxunub: 215

Son xəbərlər

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər