Bu maşınlar bahalaşacaq

Gələn ildən Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.

Bu qərar “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qərarın məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.

Bu qərar avtomobil bazarında ciddi qiymət dəyişikliklərinə səbəb olacaq. ƏDV güzəşti yalnız elektrik mühərrikli avtomobillərə tətbiq ediləcəyi üçün hibrid modellər bu imkandan yararlana bilməyəcək və onların qiyməti artacaq. Bu artım həm idxal zamanı ödənilən vergilərin, həm də bazar tələbinin dəyişməsi ilə əlaqədar olacaq.

Hibrid Çin maşınlarının bahalaşması fonunda benzinlə işləyən ikinci əl avtomobillərin qiymətində də artım gözlənilir.

Elektrik avtomobillərinin qiyməti demək olar ki, dəyişməyəcək. ƏDV-nin aradan qaldırılması onları daha əlverişli edəcək və bu, alıcı marağını artıracaq. Beləliklə, 2026-cı ildə elektrik avtomobillərinə tələbat artacaq, hibridlər isə əvvəlki qədər cəlbedici olmayacaq.

Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin yanvar ayının birindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunmuşdur. Məcəllədə edilən növbəti dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da əlavə dəyər vergisindən azaddır. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının, eləcə də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Müddət 2025-ci ilin sonunda başa çatır. Beləliklə, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə cəlb olunacaq.

Oxunub: 134

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər