"Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir" - AÇIQLAMA

"Azərbaycan Prezidentinin Cəbrayıl və Zəngilana səfəri zamanı yeni təməlqoymalar ilə yanaşı, Ermənistanın 27 illik işğalı nəticəsində uzun illər öz ata-baba yurdundan didərgin düşmüş keçmiş məcburi köçkünlərə mənzillərin açarları da təqdim olundu. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən intensiv bərpa və yenidən-qurma işləri nəticəsində Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilməkdədir".

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir:

"Uzunluğu 140,6 km olan Horadiz–Ağbənd dəmir yolu xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Uzunluğu 124 km olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə artıq tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçəcək işlərin planlaşdırılmasını da nəzərə aldıqda Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bu isə Orta Dəhlizinin regional imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək.

Şərqi Zəngəzur həmçinin böyük turizm, sənaye və aqrar potensiala malik olan bölgələrimizdəndir. Ölkə Prezidentinin Zəfərdən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər zamanı məhz onun tapşırıq və göstərişinə uyğun olaraq infrastrukturun qurulması, eləcə də həm məskunlaşmaya, həm yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bunlar isə eyni zamanda o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərdən birinə çevriləcək. İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10%-i həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bu o deməkdir ki, bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək".

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər