GDU nəzdində Regional Kollecdə Qazi ailələrinə qarşı haqsızlıq İDDİAsı – Müəllimlər Xoşqədəm Xudiyevadan Şikayətçidirlər

DogruXeber.tv: - Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə çalışan bir qrup müəllim rəhbərlik tərəfindən haqsızlığa məruz qaldıqlarını bildirirlər.

Bakunews.az-a müraciət edən musiqi müəllimələri Məmmədova Leyla və Əhmədova Ceyran kollecin direktoru Xoşqədəm Xudiyevanın onlara qarşı ayrı-seçkilik etdiyini və qazı ailəsi olduqları halda qanunla nəzərdə tutulan imtiyazlardan məhrum edildiklərini iddia ediblər.

Müəllimələrin sözlərinə görə, hər iki ailə ölkəmizin Qarabağ uğrunda apardığı müharibələrdə xidmət göstərib:

“Ceyran müəllimənin yoldaşı I Qarabağ müharibəsi veteranı olub, təəssüf ki, artıq dünyasını dəyişib. Mənim yoldaşım isə II Qarabağ müharibəsi iştirakçısı və qazidir, hazırda Laçında xidmət edir. Biz dövlətin imtiyaz verdiyi qazi və hərbçi ailələriyik. Lakin Xoşqədəm Xudiyeva nə dövlətin siyasətini, nə də Konstitusiyanı nəzərə alır.”

Şikayətçilərin iddiasına görə, rəhbərlik dərs saatlarını ədalətsiz şəkildə bölüşdürərək onlara qarşı ayrı-seçkilik edib.

“Sentyabr ayında dərs bölgüsü aparılanda biz Xoşqədəm Xudiyevanın qəbuluna gedərək dərsimizin bərpa edilməsini xahiş etdik. Bildirdik ki, imtiyazlı ailəyik və qanuna əsasən bu məsələdə üstünlük verilməlidir. Lakin Xudiyeva kobud şəkildə cavab verdi: ‘Sənin yoldaşın işləyir, qazanır’. Bu sözlər həm qazilərə, həm də dövlətin prinsiplərinə hörmətsizlikdir.”

Leyla müəllimə həmçinin analıq məzuniyyətində olduğu üçün dərs saatının azaldılmasının qanunsuz olduğunu qeyd edib:

“Əmək Məcəlləsinə əsasən analıq məzuniyyətində olan müəllimin dərs saatı kəsilə bilməz. Mən noyabrda işə qayıtmalı idim, amma rəhbərlik bəhanələrlə saatımı yarım ştat kimi göstərib. Qanun açıq şəkildə deyir ki, analıq məzuniyyətindən qayıdan müəllimin dərs saatı bərpa olunmalıdır.”

GDU nəzdində Regional Kollecdə Qazi ailələrinə qarşı haqsızlıq İDDİAsı – Müəllimlər Xoşqədəm Xudiyevadan Şikayətçidirlər

Müəllimələr həmçinin bildiriblər ki, direktorun yaxın əməkdaşları Tərlan Qayıbov və Sevda Qarayevanın dəstəyi ilə onlara qarşı psixoloji təzyiq göstərilir:

“Kollecdə elə bir mühit yaradılıb ki, müəllimlər qorxu içindədir. Kim etiraz edirsə, dərhal təhdid və işdən çıxarma ilə üzləşir. Bizim kimi qazı ailələrinə qarşı belə münasibət yolverilməzdir.”

Şikayətdə Xoşqədəm Xudiyevanın Zəfər Günü münasibətilə sosial mediada paylaşım etməsinə də etiraz edilib:

“Zəfər Günündə Xudiyeva özünü və tədbirlərini reklam edir. Halbuki həmin zəfəri qazandıran qazilərin ailələrinə haqsızlıq edir, onların dərs saatını kəsir. Bu, həm mənəvi, həm də hüquqi baxımdan yolverilməzdir.”

Müəllimələr bildiriblər ki, məsələ ilə bağlı artıq Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Nazirə və Elm və Təhsil Nazirliyinə rəsmi şikayət ərizəsi göndəriblər:

“Biz dövlətə inanırıq. Ümid edirik ki, bu haqsızlığa göz yumulmayacaq və Regional Kollecdəki özbaşınlığa son veriləcək.”

Bakunews.az məsələ ilə bağlı Regional Kollecin direktoru Xoşqədəm Xudiyevanın da mövqeyini öyrənməyə çalışır. Lakin qedy edilən məsələlərlə bağlı dəfələrlə Xoşqədəm Xudiyevanın açıqlamasını almaq istəsəkdə kollecdə baş verən məsələlərlə bağlı açıqlamaverməkdən imtina edib. Buna baxmayaraq yenədə Xoşqədəm Xudiyevanın söz haqqı ərəfimizdən qorunmaqdadrı.//Bakunews.az

Oxunub: 458

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər