gundem / siyaset / dunya
5.12.2025
Ceyhun Bayramov Vyanada rumıniyalı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu ilə görüşüb.
"DogruXeber.tv" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Nazirlər Azərbaycan-Rumıniya tərəfdaşlığını, xüsusən enerji təhlükəsizliyini, nəqliyyat və daha geniş əməkdaşlıq sahələrini müzakirə ediblər.



