Kolleclərə yeni direktor müavinləri təyin olundu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

"DogruXeber.tv" xəbər verir ki, Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr təhsili almışdır, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə davam etdirir.

Ə.Məmmədov əmək fəaliyyətinə 2017-ci ildə Bərdə rayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlamışdır, həmçinin Ağdam rayon 93 saylı köçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndiana Universitetinin Qlobal köçkünlük kontekstində müəllimləri dəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyada keçirilən təlimlərdə iştirak etmişdir.

İsmayıl Məmmədov bakalavr təhsilini Bakı Dövlət Universitetində “Regionşünaslıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi (Maliyyə)” ixtisası üzrə almışdır. Müxtəlif illərdə bir neçə özəl şirkətdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, son təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Son xəbərlər

Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var

Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi

İranda mühərrik yağı istehsal edən zavodda yanğın olub

Adı "Fənərbağça" ilə hallanan futbolçu "Roma"nın hədəfində

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

Ürək üçün ən zərərli məhsullar açıqlandı

10 ildir oynadığı klubdan ayrılır

Yer kürəsində maqnit fırtınası qeydə alınıb

Bazar günü intensiv yağış yağacaq

Nərimanovun sabiq icra başçısı vəfat etdi

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib

Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Dünya bazarlarında neft bahalaşıb

Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər

Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Ölkə ərazisinə yağış yağır - Bəzi yerlərdə leysan xarakterlidir

Xərçəngə qarşı 5 şəxsə dərman tətbiq olundu

Ordumuzda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirildi

Kardiologiya İnstitutunda - Yeni təyinat

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi

Kadir İnanır reanimasiyaya yerləşdirildi

5 gün ardıcıl qeyri-iş günü olacaq

Bu gündən güclü geomaqnit qasırğası başlayır

İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı

Donald Tramp İranın təslim olacağına əmindir

"Qarabağ" "İmişli"ni, "Şamaxı" "Turan Tovuz"u qəbul edir

Bayram namazının vaxtı açıqlandı

Bütün xəbərlər