Səbail rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verdi?

DogruXeber.tv: - Xəbər verdiyimiz kimi, bundan 10 ay əvvəl Səbail rayonunun 20-ci sahə, Oqtay Daşdəmirov küçəsi 64 ünvanında yaşayan sakinin apardığı qanunsuz və dağılma riski olan tikinti işləri çoxsaylı şikayətlər əsasında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmışdı.

Lakin Patrul.az-a daxil olan yeni məlumata görə, aradan 10 ay keçməsinə baxmayaraq, sözügedən ünvanda tikinti işlərinə yenidən başlanılıb.

Sözügedən tikintinin ətrafında yaşayan qonşular sakinin həmin tikinti işlərini yenidən başlatdığını bildiriblər.

Məsələ barəsində redaksiyamıza müraciət edən şikayətçi tikintinin təhlükəli tərəflərindən danışarkən bildirir ki, 64 ünvanında yaşayan sakin tikinti zamanı həm ərazidə mövcud olan ağacların kəsilməsi, həm də oradan keçən kanalizasiya xətlərinə müdaxilə olunmasını planlaşdırır.

Onun sözlərinə görə, həmin şəxs qonşularının etirazlarına baxmayaraq, tikintini davam etdirir və bununla da onların təhlükəsizliyini risk altına atır:

“Səbail rayonu, Oqtay Daşdəmirov küçəsində aparılan bu qanunsuz tikinti ilə bağlı 10 ay əvvəl Patrul.az-a müraciət etdik və məsələ işıqlandırıldı. Aidiyyatı qurumlar tərəfindən tədbir görüldü, söküntü aparıldı. Lakin tikinti materiallarının bir hissəsi ərazidə qaldığı üçün həmin şəxs tikilinin yan hissəsindən yenidən işlərə başlayıb və bu proses artıq bir aydan çoxdur ki, davam edir. Tikinti aparılan sahədə ağac mövcuddur və onun kəsilməsi planlaşdırılır. Bundan başqa, ərazidən kanalizasiya xətti keçir. Şəxs bildirir ki, guya bu xətlərin çıxarılmasına icazə verilib.

Ağır yük maşınları tez-tez həmin ərazidən keçdiyi üçün tikili daha da zədələnir və onsuz da təhlükəli vəziyyətdə olan tikinti hər an uçma riski yaradır. Məhəllədə uşaqlar oynayır, insanlar hərəkət edir və bu vəziyyət real təhlükə mənbəyinə çevrilib. Üstəlik, həmin şəxs qonşulara hədə-qorxu gəlir, müxtəlif nüfuzlu şəxslərin adını çəkərək təzyiq göstərməyə çalışır. Biz aidiyyatı qurumlardan xahiş edirik ki, tikinti tamamilə sökülsün, qalan materiallar ərazidən yığışdırılsın və məsələ ilə bağlı ciddi tədbirlər görülsün. Mövcud vəziyyət çəkilmiş görüntülərdə də açıq şəkildə əks olunur”, – deyə qonşu sakin bildirib.(Patrul.az)

VİDEO LİNKDƏ: https://t.me/olke_ve_dunya_gundemi/27264

Oxunub: 281

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər