Həmin tələbələr universitetdən xaric ediləcək – AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmləri bəzi abituriyentlərin cavablarını şübhəli hesab edib. Araşdırmalar nəticəsində Gəncə şəhərində keçirilən qəbul imtahanında bir qrup abituriyentin üzərində qadağan olunmuş texniki vasitələr aşkarlanıb. İstintaq materiallarına əsasən, Kamran Əsədov və digər təqsirləndirilən şəxslər abituriyentlərin imtahanlardan asan keçməsi üçün onlardan pul alaraq qadağan olunmuş cihazlardan istifadə etməyə kömək göstəriblər.

Belə olan halda həmin tələbələrin aqibəti necə olacaq? Əgər ötən illərdə də belə hallar baş veribsə, artıq məzun olmuş şəxslərin diplomları ləğv olunacaqmı?

"DogruXeber.tv" xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev Azxeber.com-a açıqlamasında deyib ki, qanunsuz əməllər törədən abituriyentlərin imtahan nəticələri ləğv olunur:

“Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 193 nömrəli qərarı ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Həmin qərarda açıq şəkildə göstərilir ki, abituriyent imtahana kalkulyator, elektron cihazlar, köçürmə vərəqləri, cədvəllər və digər qadağan olunmuş vasitələrlə daxil olarsa, onun imtahan nəticələri şübhəsiz ləğv edilir. Bu proses çərçivəsində adı çəkilən abituriyentlərin nəticələri birbaşa ləğv olunacaq. Əgər həmin şəxslər artıq tələbə adı qazanıblarsa, universitetlərdən xaric ediləcəklər. Çünki onlar saxta yolla və dövlət qanunlarını pozaraq ali təhsil müəssisələrinə daxil olublar”.

Sabiq deputat vurğulayıb ki, sözügedən proses valideynlər üçün dərs olmalıdır:

“Bütün bu faktlar və əvvəllər də baş vermiş barışmaz və neqativ hallarla mübarizədə Dövlət İmtahanları Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin bu prosesdə peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, bu proses valideynlər üçün də mühüm mesajdır. Onlar avantürist vədlərə inanaraq bu cür qanunsuz yollara qoşulmamalıdırlar. Əgər övladların biliyi zəifdirsə, valideynlər peşə təhsili müəssisələrinə üstünlük verməlidirlər. Peşə təhsilinə hazırda böyük tələbat var”.

Oxunub: 162

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər