gundem / Təhsil
21.07.2022
9 nəfərin imtahan nəticəsi ləğv olundu
Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə "DoğruXəbər.az" a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.



