gundem / Təhsil
2.03.2021
Qaydaları pozan 3 nəfər magistraturaya qəbul imtahanından xaric olunub

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında nəticələri ləğv olunan şəxslərin sayını açıqlayıb.
DİM-dən APA-ya verilən məlumata görə, 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.


